“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                     “Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” .....                     İrəvanda narahatlıq başladı: .....                     Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi .....                     Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək .....                     Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru .....                     Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi .....                     İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı .....                     Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… .....                     Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: .....                     Sülh sazişi nə vaxt imzalanacaq? .....                     İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı .....                     Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu .....                     ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” .....                     "Belə dələduzluq olmaz..." .....                     Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. .....                     Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... .....                     Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... .....                     Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… .....                     Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası .....                     Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü .....                     Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır .....                     "Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" .....                     AHİK qiymətlərlə "oynayır"? .....                     Astara rəsmən ÖZBAŞINA QALIB .....                     Araz Paşayev kimin maraqlarını güdür? .....                     Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? .....                     "Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" .....                     Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır .....                     "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" .....                     İranın Turan QORXUSU .....                 

Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 08:40 | Çap et

Rusiya ilə Azərbaycan arasında 7 ay əvvəl AZAL təyyarəsinin vurulmasından sonra başlayan gərginlik davam edir. Müttəfiq kimi görünən iki dövlət arasında qarşıdurmanın qızışdırılmasında “ilk skripka” rolunu Rusiya mediası götürüb.

Avqustun 1-də yayımlanan “Besoqon TV” verilişinin yeni buraxılışında məşhur rusiyalı rejissor Nikita Mixalkov açıq şəkildə Azərbaycana qarşı təbliğat xarakterli hücumlar edib. Bəllidir ki, son illər Mixalkov Kremlin ideoloji gündəminə xidmət edən əsas simalardan birinə çevrilib. O, verilişinin son buraxılışında Azərbaycanı “nankor” postsovet respublikası kimi təqdim edərək ölkə haqqında bir sıra yalan və təhrif olunmuş ifadələr səsləndirib. O cümlədən süjetdə AZAL-a məxsus mülki təyyarənin Rusiya ərazisi üzərində vurulması ilə bağlı insident, Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq halları xatırladılır, rəsmi Moskvanın heç bir məsuliyyət daşımadığı vurğulanır. Bundan başqa, Azərbaycan Prezidentinin ünvanına təhqiramiz ifadələr səsləndirilib, Şuşa media forumu ilə bağlı məlumatlar kontekstdən çıxarılıb. Mixalkovun çıxışı Kremlin informasiya siyasətinin ümumi xəttini əks etdirir və məqsədyönlü şəkildə azərbaycanofobiyanın səpilməsindən xəbər verir ki, bu da iki ölkə arasında münasibətlərdə yalnız gərginliyi artırır.

Kreml bu hadisələri “üç meymun”u oynayıb, görməzdən gəlirsə, bu o deməkdir ki, gərginlik hələ uzun müddət davam edə bilər.

Bu ilin mayında heç bir əsas olmadan Rusiyadan deportasiya edilən, deputat Azər Badamov “Yeni Müsavat”da bir sıra vacib məqamlara aydınlıq gətirdi: “Rusiya uzun illər Azərbaycan torpaqlarında erməni separatçılarının əli ilə təsir imkanlarını qorumağa çalışdı. Əslində Qarabağa ermənilərin köçürülməsi və orada "Dağlıq Qarabağ" adında bir qara yaranın yaradılmasında məqsədləri Azərbaycanı erməni separatizmi kartı üzərindən təzyiq altında saxlamaq olub. Sovetlər dağılanda Rusiyanın ssenarisi ilə ərazilərimiz işğal olundu və həmin ərazilərimizdəki dini, tarixi, mədəni irsimizi sildilər. Amma yenə də heç nə olmamış kimi qəbul olunurdu və ermənilərə güldən ağır söz deyilmirdi. Azərbaycanın ərazi bütövlüyü BMT-də qəbul olunduğundan ərazi bütövlüyünün təmin olunması ilə bağlı məsələni beynəlxalq platformalarda çağırışlarla qlobal gündəliyə çıxartdıqdan sonra ATƏT-in Minsk Qrupu yaradıldı və bu təsisat guya ki, BMT TŞ-nin qətnamələrinin icra etdirilməsinə kömək etməli idi. Əksinə, burada təmsil olunan hər üç dövlət eyni məqsəd ətrafında birləşmişdi. Əsas məqsəd Azərbaycan xalqını işğalla barışdırmaq və münaqişəni əbədi olaraq dondurmaq idi. Prezident İlham Əliyev bütün tribunalardan xalqımızın işğalla barışmayacağını və münaqişənin hərbi siyasi yollarla həll olunmalı olduğunu bildirirdi. Nəhayət, 27 sentyabr 2020-ci ildə münaqişənin həllində heç kimin gözləmədiyi yeni bir səhifə açıldı. Azərbaycan Ordusu 44 gündə öz ərazilərini döyüş meydanında işğalçılardan azad etdi. 44 gün ərzində torpaqlarımızda suverenliyimizi təmin etdiyimizə görə Rusiya yenidən məsələyə müdaxilə edərək gündəliyə üçtərəfli sənədin imzalanmasını gətirməklə yenə də Qarabağda separatçıların qalması üçün əsaslar yaratmağa çalışdı. Ona görə də sülhməramlı adı altında ərazilərimizə hərbi kontingenti gətirərək erməniləri yenidən silahlandırmağa və onların mövqelərini möhkəmlətməyə başladı. Həm də Azərbaycanın suveren ərazilərində dövlətimizin icazəsi olmadan özbaşına ayvazovskilərin büstlərini ucaltmağa və binalar tikib yenidən kök salmağa çalışdılar.

Amma dövlət başçımızın uğurlu siyasəti qarşısında erməni separatizminin heç bir mövqeyi dözmədi və özləri öz xahişləri ilə ərazilərimizdən çıxmaq üçün təhlükəsiz yol istədilər. Azərbaycan ermənilərə heç bir yerə getməyə ehtiyacın olmadığını və vətəndaşlığımızı qəbul edib orada qalmalarını təklif etdi. Lakin onlar təklifimizi rədd edərək Ermənistana köçdülər. Yaxşı ki, özlərinin xahişi ilə rədd oldular. Ermənisiz qalan Rusiyanın sülhsüz məramlıları da ərazilərimizdən çıxmağa məcbur oldular. Yəni Rusiya uzun illər ssenarisinin pozulmasının qəzəbini hansısa yollarla Azərbaycandan çıxmalı idi. Bu da AZAL-a məxsus sərnişin təyyarəsi ilə başlandı. Fevral ayında media orqanlarımızın saytlarına kiberhücumlar, may ayında mənim - Milli Məclisin deputatının heç bir əsas olmadan deport edilməsi və sonradan Yekaterinburqdan başlayaraq Azərbaycan diasporuna qarşı həbslər elə eyni ssenarinin tərkib hissəsidir". Qanunverici orqanın təmsilçisi daha bir vacib məqama da toxundu: “Xankəndi Azərbaycanın suveren ərazisindəki inzibati ərazidir. Bu şəhərdə Azərbaycan dövlətinin icazəsi olmadan tikilən nə varsa sökmək təbii ki, haqqımızdır. Nəinki Ayvazovskinin büstü, "Bizim dağlar" və separatçılığın nişanəsi olan bütün digər tikililər sökülməlidir. Bunun Rusiyaya heç bir aidiyyəti yoxdur. Azərbaycanın öz ərazilərində suverenliyinin təmin edilməsinə qəzəbi soyumayan Rusiya dövləti indi də media resurslarına, mixalkovlara, şvidkoylara Azərbaycana hücum etmək əmri verib. Təbii ki, belə ssenarilər Azərbaycana qarşı işləməz. Rusiya dövləti yaxşı olardı ki, Azərbaycana təzyiq göstərmək niyyətindən əl çəksin və ən azından qonşuluq münasibətlərinə hörmətlə yanaşaraq yaranmış yeni reallığı qəbul etsin".

Politoloq Çingiz Şahbazi isə hesab edir ki, Azərbaycanın gücü artdıqca bunu istəməyənlər daha çox məyus olacaqlar: “Rusiya və Azərbaycan arasında hazırda baş verənlər əslində Azərbaycan tərəfinin məlum AZAL şirkətinə aid təyyarəmizin Rusiya səmasında bilərəkdən vurulmasından sonrakı təkidi, duruşu və tələbləri əsasında qürub etməyə başladı və daha sonra isə Rusiyanın siyasi hakimiyyətinin dırnaqarası siyasətçiləri, jurnalistləri və hökumət təmsilçilərinin, hər zaman olduğu kimi, ağıllarına gələni danışmaqla, mesajlar göndərməklə, Azərbaycanın Rusiyanın qarşısında sərgilədiyi cəsarətli mövqeyi əsassız şəkildə tənqid və qeyri-etik şəkildə təhqir kampaniyası halına gətirməklə guya cavab verməklə məşğuldurlar. Azərbaycana qarşı ağızlarına gələni danışmaqla, təki qarşı tərəfi qıcıqlandırmağa, qorxutmağa nail olmağa müyəssər olsunlar və Kremlin bütün dönəmlərdə olduğu kimi, həyata keçirdiyi cinayət dolu siyasətini və bu siyasətin nəticəsində həyata keçirilən çirkin planlarını ört-basdır etməklə bir daha sübut etdilər ki, Rusiya üçün dostluq və müttəfiqlik anlayışı yoxdur. Rusiya terrorizmə, separatizmə və işğala meylli və bu istiqamətdə işlər çevirən, dəstək verən ölkə halına gətirilib. Bu səbəbdən, Ukrayna cəbhəsində Rusiyanın başına gətirilənlər və Rusiyanın zəifləyərək əldən düşmüş vəziyyətə gəlməsi hər kəs üçün vazkeçilməz diləkdir. Bu da Rusiyanın qeyri-səmimi siyasətindən və hər kəslə qurduğu düşmən mövqeyi ilə bağlı bir durumdur. Nikita Mixalkov, Zatulin, Solovyov kimi Kreml nökərlərinin işi-peşəsi bundan ibarət olub və bundan sonra da dağılana qədər belə davam edəcək. Azərbaycan inkişaf etdikcə, regionda və dünyada söz sahibinə çevrildikcə bunlar daha çox məyus olacaqlar”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
İcra hakimiyyəti bu şirkətlə yarım milyonluq alqı-satqı müqaviləsi bağladı
Bu gün, 09:30
Bakıda tailandlı iş qadını 50 min manatla masaj şirkəti qurdu
Bu gün, 09:27
ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Bu gün, 09:06
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26
Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47
Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42
"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40
Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35
"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23
Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru