Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.
"DİA-AZ" Teleqraf-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.
Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.
E.Tanrıverdiyev Goranboy rayon sakinidir.
***
Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçilərin sayı beş nəfər imiş.
Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.