Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     "Heç bir işlə təmin edilmədim" .....                     Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                     Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                     Bank rəhbərliyindən holdinqə transfer oldu .....                     Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR .....                     Lerikdə 407 minlik tender ləğv olundu .....                     “Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu .....                     Babək rayonunda fermerlər DAD DEYİR... .....                     “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” .....                     Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb .....                     Nərgiz İsmayılova vəzifəsindən GETDİ .....                     “Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” .....                     "Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi .....                     Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır .....                     Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb .....                     Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir .....                     Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb .....                     Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir .....                     Bakı-Moskva gərginliyində Suriya detalı .....                     Azərbaycanda məhkəmə sədri özünə etiraz edib .....                     Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu .....                     Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir .....                     AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı .....                     Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: .....                     Kamran Əliyev onu şöbə rəisi təyin etdi .....                     Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub .....                 

Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Tarix: Bu gün, 12:03 | Çap et

Azərbaycan otuz ildən çoxdur ki, sovet ideologiyasından və onun yaratdığı totalitar rejimdən tamamilə azad olub. Milli dəyərlər əsasında formalaşan Azərbaycan cəmiyyəti müstəqil və suveren siyasətin bir parçası kimi həm də tarixi keçmişi zaman-zaman süzgəcdən keçirir.

Əlbəttə, tarix heç bir halda unudulmamalı, silinib atılmamalıdır. Azərbaycanın yerləşdiyi coğrafiya üçün isə bu anlam daha böyük mənanı ifadə edir – tarix yalnız dünən demək deyil, tarix həm də sabah üçün görkdür, dərsdir və söykənəcəkdir.

Çox təəssüf ki, bəzən bu görk amili ya zəlzələdən, ya vəlvələdən unudulur. Bakının mərkəzi küçələrinin birində nümayiş olunan bu lövhə kimi...

Bu lövhə yalnız sovet ideologiyasını simvolizə edən hər hansısa bir iz deyil, bu lövhə həm tarixə, həm də kollektiv yaddaşa dair ciddi suallar doğuran bir qalıqdır. Zamanında sovet divarına vurulmuş bu lövhənin paytaxtın düz mərkəzində, – konkret ifadə edəsi olsaq, Həzi Aslanov küçəsi 88a ünvanında, – hər gün minlərlə insanın, turistin, qonağın ötüb keçdiyi ictimai məkanda qorunması, əlbəttə, kifayət qədər ciddi araşdırma mövzusudur.

“Report” da məsələnin həssaslığını nəzərə alaraq, sözgügedən lövhənin hələ də paytaxt Bakıda nümayiş olunmasının səbəblərini araşdırıb.

Bolşeviklərin gizli iclasının keçirildiyi binanın yerini nişan verən lövhə ilk baxışda, sadəcə, tarixi qeyd kimi görünsə də, əslində, dərin ideoloji anlam ifadə edir. Gəlin əvvəlcə lövhədə qeyd olunan tarixi günə nəzər salaq, sözügedən iclasın bəzi pərdəarxası detallarına kiçik bir baxış keçirək.

1919-1920-ci illərin qovşağı Azərbaycan üçün son dərəcə dərin siyasi və sosial-iqtisadi böhran dövrü hesab olunur. Bu dövrdə Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi, ölkənin ayrı-ayrı yerlərində müxtəlif siyasi və sosial qruplar arasında münaqişələr baş verirdi.

1919-cu ilin mayında keçirilən gizli iclas isə Azərbaycanın sovet hakimiyyəti tərəfindən işğalına aparan ideoloji-hərbi strategiyanın ilkin mərhələsi idi. Məhz bu dönəmdə bolşeviklər sovet quruculuğuna hazırlıq işlərini gücləndirirdilər.

İclasın gizli keçirilməsinin mütləq səbəblərindən biri isə o zaman müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı sovetləşmə planının müzakirəsi olmuşdur. Sözügedən planlara yerli bolşevik fəaliyyətinin təşkil edilməsi və Qırmızı Ordu ilə əməkdaşlığın gücləndirilməsi daxil idi.

Deməli, 1919-cu ilin mayında məhz bu binada keçirilən iclasın Azərbaycanın sovet işğalının məntiqi ardıcıllığını göstərən strateji addımlardan biri olması təsdiqini tapır. Beləcə, bu və bunun kimi gizli iclasların, gizli əməkdaşlıqların nəticəsini isə hər kəs çox yaxşı bilir: 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi.

Paytaxt Bakının düz mərkəzində nümayiş olunan lövhənin nişan verdiyi tarixə kiçik bir nəzər saldıq, indi isə günümüzdə bu lövhənin bu şəkildə nümayişinə hələ də ehtiyac duyulub-duyulmamasına baxaq.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri üzrə fəlsəfə doktoru Boran Əziz bu cür lövhələrin nümayişinin yolverilməz olduğunu bildirir.

“Ona görə ki Rusiya Kommunist Bolşeviklər Partiyası Azərbaycan xalqının, onun müstəqilliyinin düşməni olub. Bu partiya Azərbaycan Xalq Cümhuriyyətini devirmək, Azərbaycanı yenidən Rusiyanın diyarına çevirmək üçün çalışan bir orqan olub”.

Boran Əzizin sözlərinə görə, ümumilikdə 1919-cu il tarixi bütövlükdə göstərir ki, bu partiya və onun Qafqaz Diyar Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə çıxış etmiş, ona qarşı mübarizə aparıb.

“1920-ci ilin fevral ayında Azərbaycan Kommunist Bolşeviklər Partiyası yaradılarkən qeyd olunur ki, adında Azərbaycan olmasına baxmayaraq, o müstəqil partiya deyil. Bu partiya Qafqaz Diyar Komitəsi hüququnda yaradılan və Rusiya Kommunist Bolşeviklər Partiyasına tabe olan bir təşkilatdır. Bu mənada, müstəqillik dövrümüzdə belə bir lövhənin qalması, sözün bütün mənalarında, sadəcə, biabırçılıqdır və müstəqillik dövrünün tələb və prinsiplərinə, tamamilə, ziddir”.

Tarixçinin sözlərindən yola çıxaraq deyə bilərik ki, bu gün müstəqil siyasət yürüdən, tam suverenlyini bərpa edən Azərbaycan özünün tarixində müstəmləkəçilik rəmzlərinə yer verməməlidir. Bu kimi rəmzlər bir zamanlar xalqın əleyhinə çıxmış, onun müstəqilliyini əlindən almaq üçün müxtəlif səpkili addımlar atmış ideologiyanın nişanəsidir. Bakının simvolik və siyasi dəyəri olan mərkəzi küçələrində belə nişanələrin yer alması, azərbaycançılıq ideyasına və milli dövlətçilik prinsipinə tamamilə ziddir.

Tarix elmləri doktoru, deputat Vasif Qafarov da, öz növbəsində, lövhənin Bakının mərkəzi küçəsində nümayiş olunmasına qarşı olduğunu bildirir.

“İndiki Azərbaycan Respublikası 1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi və davamçısıdır. O zaman bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin süqutu uğrunda mübarizə aparıblar və Sovet Rusiyasının köməyi ilə Azərbaycanın işğalına və sovetləşdirilməsinə çalışıblar. Bu lövhələr də Azərbaycanın işğalına və Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yönəlmiş bir mübarizənin xatirəsidir. Bu cür Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizəni, həmçinin Azərbaycandakı sovet işğal rejimini əks etdirən xatirə lövhələri sökülməlidir”.

Vasif Qafarovun sözlərinə görə, bu lövhə Azərbaycan milli azadlıq hərəkatı və milli dövlətçiliyimizə qarşı aparılan mübarizənin nişanələridir.

“Bunlara tarix öz qiymətini verib. İndi o xatirə lövhələrinin qalması məqbul deyil”.

Əlbəttə, sovet hakimiyyətinin qurulması prinsipləri heç kəsə sirr deyil. Bu hakimiyyət Azərbaycanda da zorla quruldu, nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə həm də siyasi repressiyalar, milli sərvətlərin talanı və ideoloji tənzimləmə dövrü başlandı.

Bu repressiyalar Azərbaycan sosial-mədəni təfəkkür daşıyıcılarına qarşı idi və bunun nəticəsində, Azərbaycan mədəni-ictimai görüşünə ciddi zərbə dəydi. Milli kimlik, tarixi yaddaş və azad fikir uzun müddət basqı altında saxlanıldı. Ədəbiyyat və incəsənət sovet ideologiyasının təbliğinə xidmət etməyə məcbur edildi, çox kəskin senzura tətbiq olundu və yaradıcı azadlıq faktiki olaraq məhv edildi. Beləliklə, Azərbaycanın intellektual potensialı sistemli şəkildə zəiflədildi və xalqın milli-mədəni inkişafı uzun illər ləngidildi.

Sadalanan bu prosesin təməl daşları, özəyi məhz bu kimi gizli iclaslarla, gizli əməkdaşlıqlarla qurulduğunu təkrar xatırlatmağın heç də zərəri yoxdur.

Araşdırmaçı jurnalist Dilqəm Əhməd Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Bakı şəhərində rus-bolşevik işğalını xatırladan xeyli abidənin götürülməsini xatırladır.

“Buna misal olaraq, Kirovun, Şaumyanın, Əzizbəyovun, Caparidzenin heykəllərini göstərmək olar. Eləcə də 26-ların məzarı köçürüldü. Bunlar, əlbəttə ki, təqdirəlayiq hal idi. Amma bu işi tam şəkildə həyata keçirmək gərəklidir”.

Dilqəm Əhməd müstəqil Azərbaycan dövlətinin Cümhuriyyətin varisi olduğunu əsas gətirərək paytaxtın İstiqlaliyyət küçəsində, İstiqlal Abidəsi ilə üzbəüzdə hələ də istiqlalımıza son verən bolşeviklərlə əməkdaşlıq etmiş yerli bolşeviklərin xatirə lövhələrinin qalmasının son dərəcə məntiqsiz hesab edir.

“Axı o lövhələr tarixi abidə deyil. Bir xarici turistə onu göstərib nə deyəcəyik? Deyəcəyik ki, bunlar bizim ilk respublikamızı məhv etmişdilər, ona görə qoruyuruq?”

Araşdırmaçı jurnalist Bakı şəhərində ötən əsrdəki milli hərəkatımızı ehtiva edən heykəl və barelyeflərin olmamasına da diqqət çəkib.

“Əvəzində bolşeviklərə aid daş parçaları əziz xatirə kimi qorunur”.

Dilqəm Əhməd sözügedən məsələ ilə əlaqədar aidiyyəti üzrə dəfələrlə müraciətlər etdiyini, lakin əhəmiyyətli bir addım atılmadığını təəssüflə qeyd edir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə düşünür ki, hər hansısa bir dövrə aid lövhə və abidələr həmin dövrə məxsusdur və bu dövlətin, xalqın müxtəlif ictimai-siyasi vəziyyətinin bağlantısını göstərir.

"Parisin mərkəzində Paris Kolonyasının ən qanlı rəhbərlərindən biri olan Maksimillian Robespyerin heykəli hələ də qalmaqdadır. Tarixdə Robespyer qədər qan tökən çox az ad var. Amma, dediyim kimi, abidə Fransanın paytaxtının mərkəzində ucalıb. Çünki bu, Fransanın və fransız xalqının tarixidir".

Şübhəsiz, bu cür müzakirələrdə bir-birinə zidd fikirlərin səsləndirilməsi normaldır, çünki mövzuya münasibətini öyrəndiyimiz şəxslərin hər biri hadisələrə öz dünyagörüşü, təcrübəsi və dəyərləri prizmasından yanaşır. Müxtəlif baxış bucaqları isə müzakirənin həm dərinliyini, həm obyektivliyini, həm də gündəmdə qalmasını təmin edir. Burada bizim üçün əsas məsələ bu fikir ayrılıqlarının qarşılıqlı hörmət və anlayış çərçivəsində ifadə olunmasıdır ki, biz də sadalanan bütün fikirlərə hörmətlə yanaşaraq və məsələnin aktuallığını nəzərə alaraq, məntiqi həlli üçün aiddiyyəti dövlət orqanlarına sorğu ünvanladıq.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı sorğumuza cavabda qeyd olundu ki, löhvənin sökülməsi məsələsi icra hakimiyyətinin səlahiyyətində olan məsələ deyil.

Belə olan halda, döyəcəyimiz növbəti qapı Mədəniyyət Nazirliyi oldu.

Nazirlikdən bildirdilər ki, Azərbaycan Respublikasında tarixi və mədəni abidələrin qorunması 10 aprel 1998-ci ildə qəbul edilmiş "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Qanunun 25-ci maddəsində qeyd olunur ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Bu maddə abidələrin milli sərvət olaraq qorunmasını və onların orijinal görünüşünə hər hansı bir dəyişikliyin edilməsi üçün müvafiq dövlət qurumlarının qərarı və icazəsi tələb olunduğunu vurğulayır. Yəni abidələrin orijinal vəziyyətinin dəyişdirilməsi yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada, müvafiq elmi təşkilatın rəyi və səlahiyyətli orqanın icazəsi ilə mümkündür”.

Mədəniyyət Nazirliyinin cavabındakı elmi təşkilat ifadəsi bizi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutuna apardı. Çünki nəticə etibarilə tarixi dövrə və tarixi dövrdəki proseslərə rəy verəcək ən səlahiyyətli ad məhz Tarix İnstitutudur.

İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev sorğumuza cavabında bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə sovet ideologiyasından imtina edilib:

"Bir sıra ölkələrdən, o cümlədən Gürcüstandan fərqli olaraq, Azərbaycanda de-kommunizasiya prosesi daha selektik xarakter daşıyıb. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda bir sıra rayon və küçə adları dəyişdirildi, həmçinin sovet dövründə qeyd olunan bayramlar ləğv edildi, abidələr götürüldü. Dediyimiz selektiv yanaşma özünü daha çox abidələrlə bağlı göstərdi: məsələn, Nəriman Nərimanovun, Ayna Sultanovanın abidəsi hələ də qalmaqdadır".

Tarixçi alim prosesin radikal aparılmasına ən böyük maneələrdən biri kimi müstəqilliyimizin bərpasının ilk illərində sovet dövründə yaşamış nəslin nostalji hisslərini göstərir:

"Sovet dövrü Azərbaycanın ikinci respublika dövrüdür və bunu tarixdən silib atmaq mümkün deyil. Bu tarix öyrənilməli və dərs çıxarılmalıdır. Bu mənada, hesab edirəm ki, bu yöndə Bakıda bir muzey yaradılmalı və bu kimi simvollar hamısı oraya yığılmalıdır. Bu praktika bir çox ölkələrdə var. Bu həmin tarixdən dərs çıxarmaq, eləcə də gələcək nəsilə təqdimat üçün olduqca əhəmiyyətli məsələdir. Yəni mən prosesdə selektivliyin əleyhinəyəm".

Göründüyü kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutununun rəsmisi də sözügedən lövhənin Bakının mərkəzi küçələrinin birində bu şəkildə nümayişinə qarşıdır. Lakin fikirlərdən görünən odur ki, burada İnstitut da təşəbbüslə çıxış etmir. Belə olan halda sualımızı təklifin təşəbbüsə çevrilməsi istiqamətində qoyduq.

Bu cür lövhələrin yığışdırılması üçün hansı qurum, yaxud təşkilat çıxış etməlidir?

"Bu vaxta qədər prosesin aparılmasına hansı dövlət qurumu qərar veribsə, məhz o. Bayaq dediyim kimi, bizdə rayonların, küçələrin adlarının dəyişdirilməsi təcrübəsi olub və bu, bir qurumun, bir təşkilatın işi deyil. Mən hesab edirəm ki, bununla bilavasitə Bakı şəhərinin rəhbərliyi də məşğul olmalıdır", - tarixçi alim vurğulayıb.

Beləliklə, hazırkı məqamda aidiyyəti orqanlar faktiki addım atmaq, yaxud təşəbbüslə çıxış etmək niyyətini açıq ifadə etmir. Aydın məsələdir ki, ictimaiyyətin fikri, tarixçilərin, deputatların və biz jurnalistlərin münasibət bildirməsi mütləqdir ki, nə vaxtsa özünün məntiqi yekununu tapsın. Amma o günün bu gün, ya sabah olmasını sürətləndirmək üçün bu cür ictimai fikirlər və rəylər tez-tez səsləndirilməli, məsələnin aktuallığı qorunmalıdır.

REPORT.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Bakı-Moskva gərginliyində Suriya detalı – Türkiyəli ekspertdən Qafqaz üçün bədbin proqnoz
Bu gün, 10:50
Azərbaycanda məhkəmə sədri özünə etiraz edib - TƏFƏRRÜAT
Bu gün, 10:44
Sabiq nazirin borc içində üzən şirkəti 7 milyonluq tenderin qalibi oldu - AY MAŞALLAH...
Bu gün, 10:43
Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir - RƏYLƏR
Bu gün, 10:41
AMB bu şirkətlə 100 min manatlıq müqavilə bağladı - DETALLAR
Bu gün, 10:40
Vilayəti Zəngəzurla bağlı təhdid dilinə keçdi: - “İstənilən ölkə İranın sərt cavabı ilə üzləşəcək”
Bu gün, 10:37
Kamran Əliyev onu şöbə rəisi təyin etdi - ƏMR
Bu gün, 10:33
Tələbələrimizi gərəksiz zərbələrdən qurtarın!... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:15
“Sumqayıt Texnologiyalar Parkı”nın idarəetmə orqanlarında dəyişikliklər olub - BUNDAN SONRA...
Bu gün, 10:11
Paşinyana qarşı Zəngəzur iddiası - Bakıya verdiyi vədi pozub?
Bu gün, 10:09
Rubio və Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişini müzakirə edib
Bu gün, 10:06
Günahı İranda görə Pezeşkian... - TAM HAQLIDIR...
Bu gün, 10:00
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki - FOTO
Bu gün, 09:58
Dil-ədəbiyyat müəlliməsi HƏKİM XALATINDA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:51
“Kinostudiya bərpa olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 09:39
“Naxçıvan Yol Təchizat” 23 ədəd yük avtomobili alır – 7 milyon manata yaxın vəsait xərclənəcək
Bu gün, 09:36
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru