“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və Baş Korporativ işlər inzibatçısı Vyaçeslav Ayvazov vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, o, avqust ayından etibarən ana şirkət “Azersun Holding” MMC-də Hüquq departamentinin direktoru kimi çalışacaq.
Vyaçeslav Ayvazov 2009-cu ildən bank sahəsində çalışır. Onun bankda ilk iş yeri “NİKOİL Bank” (hazırda Yelo Bank) olub. Hüquq sahəsində çalışan Ayvazov 2013-2014-cü illərdə bu bankda filial müdiri vəzifəsinə yüksəlib.
2014-2016-cı illərdə “DIA Holding”də hüquq menecer kimi çalışıb.
2016-cı ildən ASB Bankın hüquq departamentində direktor, son üç ili isə İdarə Heyətinin üzvü seçilib.