Hotel, restoran və istirahət mərkəzləri sahəsində xidmət göstərən “Baku Distribution” MMC-nin təsisçisi şirkətdən çıxıb.
İqtisadiyyat.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, təsisçi Məmmədov Ramil Xudaverdi oğlu payını götürüb çıxıb. Bununla əlaqədar olaraq MMC-nin nizamnamə kapitalı 100 manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, 2019-cu ildə yaradılan “Baku Distribution” şirkətinin indiyədək nizamnamə kapitalı 200 manat olub. MMC-nin qanuni təmsilçisi də təsisçi vəzifəsində olan R.Məmmədovdur.