Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR .....                     Günün fotosu: Etirazın beləsi... .....                     Bakı və Ankaranın dostuna pis xəbər .....                     "Az-çox qazandığınız etimadı alt-üst etdiniz" .....                     ABŞ konqresmeni: .....                     Bu il sülh ÇƏTİN GÖRÜNÜR... .....                     “Baku Distribution”un təsisçisi şirkətdən çıxıb .....                     Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək .....                     Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır .....                     Azərbaycanda 21 illik xarici şirkət .....                     Kremlin şantajları nə qədər davam edəcək? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Deputatdan Prezidentə şikayət olundu .....                     Turizmin anasını özümüz AĞLADIRIQ .....                     Ruslar Qarabağda: Bunu görmüşük axı... .....                     "Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" .....                     SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? .....                     Azərbaycan təhsilində BARMAQ HESABI... .....                     Ağ Ev Güney Qafqazda nələri planlayır? .....                     Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər .....                     "Bu, Amerikanın qlobal gücünü göstərir" .....                     Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... .....                     Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... .....                     Naxçıvandan gedənlərə RUS ZÜLMÜ .....                     "Əgər qadın yalnızlıq çəkərsə..." .....                     Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır .....                     Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi .....                     İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan .....                     Mixail Qusman yeni vəzifəyə təyin olunub? .....                     Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib .....                     Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi .....                     Departament rəisləri işdən çıxarılıb? .....                     “Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” .....                     “10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi” .....                     Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? .....                     “Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” .....                     Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd .....                     “Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: .....                     Tramp-Putin görüşü Pekində reallaşa bilər .....                     Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? .....                 

Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Tarix: Bu gün, 07:13 | Çap et

Azərbaycan və Ermənistan bu həftə Vaşinqtonda sülhə dair niyyətlərini rəsmi şəkildə bəyan etməyə hazırlaşırlar. Bu barədə ABŞ-də yaşayan jurnalist, “Foreign Press” və “Kyiv Post” nəşrlərinin müxbiri Aleks Raufoğlu öz sosial media hesabında məlumat yayıb.

Məlumata görə, avqustun 9-da ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşü baş tuta bilər.

Hazırda bu barədə rəsmi təsdiq verilməsə də, jurnalistin iddiası regional və beynəlxalq medianın diqqətini cəlb edib. Raufoğlunun yazdığına görə, tərəflər Vaşinqtonda sülh prosesinin yeni mərhələsinə keçmək niyyətindədir və bu təşəbbüs Trampın vasitəçiliyi ilə həyata keçirilə bilər.

Qeyd edək ki, diplomatik mənbələr Pressklub.azın sorğusuna cavab olaraq bu görüşün reallaşacağını istisna etməyiblər. Ermənistan rəsmiləri və mediası isə bu barədə hələ ki, susur. Hökumətə yaxın teleqram kanalları Aleks Raufoğlunun yaydığı məlumatı paylaşmaqla kifayətləniblər.

Daha əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında danışıqların dəstəklənməsində maraqlı olduğunu bəyan etmişdi. Həmçinin Trampın son aylarda Cənubi Qafqaza artan marağı və seçkiqabağı xarici siyasət fəallığı bu görüşün Vaşinqtonda reallaşmasını mümkün edir.

Tərəflər son dəfə iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Həmin görüşdə sülh sazişi mətninin paraflanması, yəni imzalanmadan ilkin razılaşmanın əldə olunması müzakirə olunub. Azərbaycanın mövqeyinə görə, yekun sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli, Qarabağa dair iddialardan imtina olunmalı, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılması sənədə daxil edilməlidir.

Lakin Ermənistan Konstitusiyasında qısa müddətdə dəyişikliklərin edilməsi real görünmür. Buna görə də rəsmi Bakı mart ayında razılaşdırılmış sənədin paraflanması variantını irəli sürüb. Hazırda məlum deyil ki, Əliyev və Paşinyan Vaşinqtona paraflama üçün, yoxsa yekun sülh sazişini imzalamaq üçün dəvət olunublar.

Son günlər ABŞ rəsmiləri verdikləri açıqlamalarda Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu bildirirlər. ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns The Wall Street Journalda dərc olunan məqaləsində Tramp administrasiyasının bu prosesdə ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişi bağlamağa çox yaxındır. Bu, region və beynəlxalq sabitlik üçün böyük uğur, həm də iqtisadi faydaları uzaq coğrafiyalara qədər uzanan əlamətdar hadisə olar”, - deyə Deyns qeyd edib.

Senator əlavə edib ki, hər iki ölkə hazırda Rusiyanın bölgədəki dominant rolunun təsirindən çıxmağa çalışır və ABŞ-nin də prioritetlərinə uyğun olan müstəqil gələcək qurmaq istəyir.

Prezident Tramp da iyulun 18-də bildirib ki, tərəflər sülhə çox yaxındır: “Biz orada möcüzə yaratdıq. Saziş, demək olar ki, hazırdır”.

Bundan başqa, Vaşinqtonun təşəbbüsü ilə təqdim olunan Zəngəzur dəhlizi planı da masadadır. Plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətləri ABŞ özəl şirkəti tərəfindən idarə olunacaq. Ermənistan tərəfi bu təklifi qəbul etməyə hazır görünür. Bu səbəbdən Ağ Evin həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı elan edə biləcəyi ehtimal olunur.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin mətnini paraflamağa hazır olduqlarını həftələr öncə bəyan ediblər. Bu isə, onun sözlərinə görə, paraflamanın imzalanacağı tarixi və məkanı müəyyənləşdirmək məsələsinin qaldığını göstərir.

Elxan Şahinoğlu qeyd etdi ki, vaxtilə Qarabağ məsələsi ilə məşğul olan üç həmsədrdən ikisi - Rusiya və Fransa müxtəlif səbəblərdən məkan kimi seçilə bilməz. Ona görə də, görünür ki, Vaşinqton yaranan fürsətdən öz xeyrinə istifadə etməyə çalışır.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp iyulun 18-də amerikalı senatorlarla şam yeməyində “Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və artıq məqsədə yaxınıq” ifadəsini işlədib. Bu sözlərlə Tramp sülh sazişinin hazırlanmasında və tərəfləri yaxınlaşdırmaqda öz administrasiyasının payı olduğunu vurğulamaq istəyib.

Elxan Şahinoğlu bildirib ki, Bakı və İrəvan indiyədək əldə etdikləri razılaşmaların böyük hissəsini birbaşa dialoq və müzakirələr nəticəsində əldə ediblər. Buna baxmayaraq, tərəflər Tramp administrasiyası ilə yaxşı münasibətlərə ümid bəslədiklərindən Ağ Ev sahibinin rolunu kiçildən açıqlamalar verməyiblər.

Politoloq həmçinin qeyd edib ki, Tramp, verdiyi vədlərin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində və Yaxın Şərq sülh prosesində uğur qazana bilməyib, belə bir vəziyyətdə fərqli uğur hekayəsinə ehtiyac var. Bu hekayə isə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin sülh sazişini imzalamaları və ya paraflamaları ola bilər.

Elxan Şahinoğlu vurğulayıb ki, Bakının iki əsas tələbi - Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupundan imtina gündəmdə öz əhəmiyyətini qoruyur.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nahid Bağırov sahibi həbs olunmuş şirkətə PUL QAZANDIRIR - TƏFƏRRÜAT
Bu gün, 09:23
Günün fotosu: Etirazın beləsi... - DƏRS OLMALIDIR!
Bu gün, 09:17
Bakı və Ankaranın dostuna pis xəbər – Yeni müharibə həyəcanı yaşanır
Bu gün, 09:12
"Az-çox qazandığınız etimadı alt-üst etdiniz" - ETİRAZ VAR...
Bu gün, 09:10
ABŞ konqresmeni: -Tezliklə Azərbaycan və Ermənistan...
Bu gün, 09:05
Bu il sülh ÇƏTİN GÖRÜNÜR... - AMMA...
Bu gün, 09:03
“Baku Distribution”un təsisçisi şirkətdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 08:58
Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Bu gün, 08:57
Ermənistan İrana möhtac deyil, İran Ermənistana möhtacdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Azərbaycanda 21 illik xarici şirkət - LƏĞV OLUNUR
Bu gün, 08:54
Kremlin şantajları nə qədər davam edəcək? - Görünəni odur ki...
Bu gün, 08:46
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 08:43
Deputatdan Prezidentə şikayət olundu - NARAZILIQ VAR...
Bu gün, 07:37
Turizmin anasını özümüz AĞLADIRIQ - MÖHTƏKİR TƏFƏKKÜRÜ
Bu gün, 07:32
Ruslar Qarabağda: Bunu görmüşük axı... - Onlara sülhməramlı deyənin...
Bu gün, 07:27
"Hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir?" - ETİRAZ VAR!
Bu gün, 07:23
SÜLH MÜQAVİLƏSİ bu həftə imzalanır? - GƏLİŞMƏ
Bu gün, 07:20
Azərbaycan təhsilində BARMAQ HESABI... - MALƏSƏF...
Bu gün, 07:15
Ağ Ev Güney Qafqazda nələri planlayır? - AKTUAL
Bu gün, 07:13
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Bu gün, 07:09
"Bu, Amerikanın qlobal gücünü göstərir" - ŞƏRH
Bu gün, 07:07
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:04
Saleh Məmmədov varsa: BİZƏ DÜŞMƏN LAZIM DEYİL... - BU DA FAKT...
Bu gün, 06:46
Naxçıvandan gedənlərə RUS ZÜLMÜ - BU NƏDİ BELƏ?
Bu gün, 06:38
"Əgər qadın yalnızlıq çəkərsə..." - FOTO
Bu gün, 06:22
Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir
Bu gün, 06:20
Nazir prorektoru işdən çıxardı, Rza Məmmədovu təyin etdi - ƏMR
Bu gün, 00:16
İran öz agentlərini Azərbaycan həbsxanalarına doldurur: gizli və təhlükəki plan - NƏ ETMƏLİ?
Bu gün, 00:14
Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı
Dünən, 20:40
Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbərini qiyabi həbs edib
Dünən, 20:38
Bakı sayı 13-ə yüksəltdi, Moskva oxları çevirdi – “Hücum” üçün yeni bəhanə
Dünən, 19:15
Departament rəisləri işdən çıxarılıb? - "Bakı Metropoliteni"
Dünən, 19:12
“Müəllimlərə təzyiqlər nəticəni mənfi istiqamətə aparır” - ÇÜNKİ...
Dünən, 18:05
“10 noyabr sənədi Ermənistan üçün həyat ipi idi”
Dünən, 18:02
Dövlət qurumu Rusiya istehsalçısından 1,6 milyon manata nə aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 17:54
“Rusiya Moskvanın da, Gəncənin də tarixinə baxsın” - Lenin dövlət yaratmamışdı, işğal etmişdi!
Dünən, 17:45
Müəllimlik ixtisasını seçən oğlanlara 200 manat təqaüd – Bu addım problemi aradan QALDIRACAQ?
Dünən, 17:40
“Sülhməramlı” adı altında Ermənistanı sığortalayırlar: - Regionda gərginlik artacaq
Dünən, 17:38
Tramp-Putin görüşü Pekində reallaşa bilər - “Podmoskovie seqodnya”
Dünən, 17:36
Əliyev və Paşinyan Ağ Evdə görüşəcək? – İrəvandan cavab
Dünən, 17:33
Şahid: Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq - Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
Dünən, 17:31
Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb - NƏ ETMƏLİ?
Dünən, 17:18
35 milyon azərbaycanlıya göz yuman İran rəsmisi: Bir ovuc erməni ilə fəxr edir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:16
Əkrəm Əylisili Elçin Əfəndiyevin dəfnində niyə yox idi? - AÇIQLAMA
Dünən, 17:12
İrəvan Paşinyanın ABŞ-a səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Dünən, 17:08
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 17:06
Dövlət Xidməti tender keçirmədən 5,8 milyonluq 7 satınalma müqaviləsi imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 17:03
Pezeşkian münasibətləri normallaşdırmağa çalışır, amma… - NƏ BAŞ VERİR?
Dünən, 16:17
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Dünən, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru