Müğənni Aysun İsmayılova ilk dəfə qızı Sevginin üzünü göstərib.
Axşam.az xəbər verir ki, sənətçi 1 yaşı tamam olacaq qızı ilə Antalyaya istirahətə gedib.
Aysun paylaşımına "Əgər qadın yalnızlıq çəkərsə, Allah ona qız övladı göndərir ki, bir-birinə yoldaş olsun" sözlərini yazıb.
Qeyd edək ki, Aysun vəkil Ramil Vəliyevlə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi boşanıblar. İfaçının bu nikahdan bir qız övladı var.