Babək rayonunda bəzi məmurların tamahı ucbatından əkin sahələrinin böyük hissəsi susuzluqdan məhv olmaq üzrədir. Rayon üçün nəzərdə tutulan əkin suyunun əsas hissəsi bu məmurlara paylanır, adi fermerlərə isə su çatmır. “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.
Fermerlərdən S.Hüseynov su olmaması səbəbindən 5 hektar ərazidə əkdiyi qarpızön məhv olduğunu deyir:

Digər fermer fermer N. Əliyev də əkdiyi 10 hektara qədər qarğıdalı, tərəvəz sahələrinin susuzluqdan yandığını, şikayət etdikdə isə hədələndiklərini bildirir:
“Bir aya yaxındı əkin sahələrimə su vermirlər.10 hektara yaxın əkin sahəm məhv olub. İcra nümayəndələri yalnız vəzifəlilərin və rüşvət verənlərin sahələrinə su verir. Şikayətə də baxmırlar. Nə edəcəyimi bilmirəm. Çox da şikayət edəndə hədələyirlər, şərləyirlər, məhkəməyə verib cərmələyirlər. Qarğıdalı əkmişdim ki, silos edib qışda heyvanlara verəm.Tamamən məhv oldu. Qışda pul verib əlavə yem almalıyam. Bu da ikiqat zərərdir. Sonra da deyirlər ki, Naxçıvan boşalır. Naxçıvanın boşalmasına səbəbkarı məmurların özbaşınalığıdır. Biz çalışırıq məhsul bolluğu yaradaq, qiymətlər aşağı düşsün, eyni zamanda ailəmizi dolandıraq. Məmurlar isə imkan vermir.”