"Deməli, "Baku Electronics"in Əhmədli servis mərkəzinə təmirə ətçəkən "Tefal" vermişdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mehman Nəsirov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Diaqnoz qoydular ki, dişli çarx xarab olub, 29 manata dəyişdilər.
Aprelin 25-i malı alsam da, dünən qoşduq. Ətçəkən qığıldayıb-qığıldayıb əti didməyə başladı, sonra tüstülədi.
Bu gün (dünən nəzərdə tutulur -red.) apardım servisə elə durdular ki üzümə sanki mən bununla 5 ton ət çəkmişəm.
Necə olur ki, 24 manat təmirə alırsan, ay "Baku Electronics" xarab malı düzəlmiş adı ili müştəriyə sırıyırsan?"