1999-cu ildə Dağıstanda və 2000-ci ilin fevralında Çeçenistanda Pskov desantlarına hücumda iştirak edən Şamil Basayev və Xəttabın dəstəsinin daha 4 üzvü saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, keçmiş silahlılar Stavropol, İnquşetiya, Dağıstan və Həştərxan vilayətində tutulublar. Banditizm, silahlı üsyan və asayiş keşikçilərinin həyatına hücum maddələri ilə iş açılıb.