"Mən evimin qapılarını bağladım... 15 il əvvəl də belə etmişdim, amma 3 il əvvəl Fuad Nəcəfliyə inanaraq qayıtmışdım. İndi isə görürəm ki, Naxçıvanda yaşayış dözülməz həddədir". "DİA-AZ" bildirir ki, bu barədə müraciətində yazan Naxçıvan MR sakini Vasif Talıbovun zülmündən Türkiyəyə qaçdığını və son 3 ildə qayıtdığını qeyd edərək,Ş hazırda durumun daha da acınacaqlı olmasını vurğulayır.
Narazı vətəndaş yazır: "Vasif Talıbovun atasına rəhmət oxudurlar. Amma Vasif Talıbov qədərində qaniçəni yox idi. İndi görün, işin harasıdır ki, biz Vasif Talıbovu əliçırqalı axtarırıq.
Naxçıvanda döndüyüm gündən - son 3 il ərzində əlimdəki bütün mayanı-pulu xərcləyib yemiçəm. Yerdə qalanını da Fuad Nəcəflinin məmurlarına yedirtmişəm. İnanmışdım ona.
İndi gərək, yenidən Türkiyəyə qayıdıb, sıfırdan başlayım.
Amma bir daha dönməyəcəm. Eşşək palçığa bir dəfə batır... biz artıq bir neçə dəfə batmışıq..."