Fövqəladə Hallar Nazirliyi (FHN) dünən iki tenderin nəticəsini birdən açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən birini nazirliyi Tikintidə Təhlküəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti keçirib.
Sözügedən qurum Nəvahi qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin tikintisini reallaşdıracaq. Bununla bağlı “SAFARI” MMC ilə müqavilə bağlayıb. FHN-in məlum qurumu 11 evin inşasını 715 min manata ərəsyə gətirməyi planlaşdırıb.
FHN-in ikinci tenderini isə MaddiTexniki-Təchizat İdarəsi reallaşdırıb. Xüsusi vəzifəli daşıma vasitəsi üçün enerji bankları və hissələrinin satınalınmasından ibarət olan bu tender üzrə görüləcək işlər avtomobil təkərləri və akkumilyatorların alınmasından ibarətdir. “QAFQAZ AUTO” MMC ilə anlaşmaya əsasən FHN 948 min 664 manat dəyərində təkər və akkumilyator alacaq.
Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, son bir ildə “Saffari” MMC 5 tenderin qalibi olub. Əsasən təmir və tikintidən ibarət olan bu işlər üçün isə toplam 911 min 483 manatlıq sifariş alıb.
Araşdırmadan görünən odur ki, FHN-in digər tenderinin qalibi olmuş “QAFQAZ AUTO” isə yalnı FHN-in sifarişlərini yerinə yetirməklə məşğuldur. Belə ki, eyni adlı tender ötən ilin iyulunda da baş tutub. Xüsusi vəzifəli daşıma vasitəsi üçün enerji bankları və hissələri adlı tenderin qalibi olan sözügedən şirkət bunun müqavilində nazirlikdən 988 min 596 manat pul alıb. Yəni, ötən ilə nisbətdə bu il qiymət 40 min manat artıq olub.
Maraqlıdır ki, FHN-in Maddi Texniki-Təchizat İdarəsi hər il niyə akkumilyator alır? Həmçinin bunu avtomobil təkərləri üçün də demək mümkündür. Axı, normalda akkumilyatorların istismar müddəti iki ildən aşağı olmur. Təkərlər üçün isə bu müddət bir neçə ildən artıq sayılır.