“Sən mütləq general olacaqsan!..” .....                     Milli dövlətçilik ənənələrinin yeni səhifəsi .....                     Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? .....                     Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb .....                     Sülh bəyanatları ilə paralel silahlanma .....                     Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu .....                     Şəhid anası yeni video yaydı .....                     Bayrağımızın rəngləri belə qarışıq düşür... .....                     Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir .....                     Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik .....                     İrandan müəmmalı Zəngəzur açıqlaması .....                     Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? .....                     “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU .....                     Mərhum iş adamının yüksək rütbəli oğlu .....                     “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı .....                     “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” .....                     DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib .....                     Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... .....                     Hamının subay bildiyi Namiq 6 ay əvvəl... .....                     Şimal-şərq küləyi əsəcək .....                     20 ildir icra başçısı olan Mərdan Camalov…… .....                     Paşinyanla Makron Azərbaycana gələ bilər? .....                     İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, .....                     Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb .....                     Üç kənddə görünməmiş FƏLAKƏT .....                     “Azər-Türk Bank” kimə ARXAYINDIR? .....                     “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” .....                     TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... .....                     Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb .....                     Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR .....                     Fuad Nəcəfliyə inanıb qayıtmışdım... .....                     Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq .....                     Elcan Rəsulov Mədət Quliyevlə bir arada .....                     "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin .....                     Türk NATO-su nə zaman yaradılacaq? .....                     5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır .....                     Pozulmuş əmək hüquqlarının bərpasında... .....                     Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? .....                     Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar .....                     Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət .....                 

Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Tarix: Bu gün, 11:09 | Çap et

Dünya yeni geosiyasi çalxalanmalar və siyasi yerdəyişmələr dövrünə qədəm qoyarkən köhnə müttəfiqliklər bir-bir dağılır, müharibələrin kölgəsində isə yeni güc mərkəzləri yaranır. Belə bir zamanda Türk Dövlətləri Təşkilatı (TDT) təkcə mədəni və iqtisadi yaxınlaşma platforması kimi yox, həm də gələcəkdə güclü bir hərbi-siyasi blokun əsası kimi səhnəyə çıxır. Sabitlik - hazır verilən nemət yox, ortaq şəkildə əldə olunmalı məqsəddir. Və bu məqsəd - ortaqdır. Xarici təhlükələr və müdaxilələr nə itib, nə də yox olacaq. Odur ki, TDT ölkələrinin daxili işlər qurumları arasında əməkdaşlıq təkcə praktik deyil, strateji əhəmiyyət daşıyır.

2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə yaradılan Türk Şurası ilk vaxtlar dil və mədəniyyət birliyinin platforması kimi çıxış edirdi. Lakin son onillik ərzində yumşaq diplomatiyadan sərt maraqlara keçid dövrü yaşandı. Özbəkistanın qoşulması, Macarıstana xüsusi müşahidəçi statusunun verilməsi, Türkmənistanın iştirakçı ölkə kimi prosesə daxil olması bu genişlənmənin açıq göstəriciləridir.

Fəqət əsl dönüş nöqtəsi 2020-ci ildə, İkinci Qarabağ müharibəsi fonunda baş verdi. Bu zaman anlaşıldı ki, kollektiv təhlükəsizlik olmadan mədəni və iqtisadi layihələr istənilən an zərbə altında qala bilər. Müasir dövrün təhlükə və təhdidləri yalnız rəmzi deyil, strateji inteqrasiyanı tələb edir.

Son illərdə yaşanan proseslər - Ukraynadakı müharibədən tutmuş Əfqanıstandakı böhranadək - göstərdi ki, zəif dövlətlər xaos memarları üçün ideal meydandır. Post-sovet məkanı xarici təzyiqlər, hibrid hücumlar və siyasi manipulyasiyaların döyüş meydanına çevrilib. Qazaxıstanda 2022-ci ilin yanvarında baş verən iğtişaşlar, Qırğızıstandakı siyasi dalğalanmalar, Özbəkistanda 2022-ci ildə Qarakalpaq bölgəsindəki təxribat cəhdləri - bütün bunlar vahid mənzərənin parçalarıdır.

Demokratiya, insan haqları, “avtoritarizmə qarşı mübarizə” kimi gurultulu və gəlişigözəl şüarların pərdəsi altında dövlətçiliyi sarsıtmağa hesablanmış ssenarilər dövriyyəyə buraxılır. Təsadüf deyil ki, zəngin təbii ehtiyatlara malik, mühüm geostrateji mövqedə yerləşən və artan siyasi iradə nümayiş etdirən türkdilli ölkələr bu hücumların mərkəzində dayanır. Məsələn, Türkiyənin iqtisadi və texnoloji baxımdan yüksəlişi nə qədər sürətlidirsə, Qərbdən ona yönəlmiş informasiya və siyasi təzyiqlər də bir o qədər artmaqdadır.

Azərbaycanla Türkiyənin hərbi-siyasi yaxınlaşması artıq “Türk NATO-su” ideyasının praktik modeli kimi işləyir. Birgə təlimlər, hərbi sənaye sahəsində əməkdaşlıq, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş müttəfiqlik çərçivəsi artıq real nəticələr doğurub.

44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. Bu müharibə təkcə uğurlu bir hərbi kampaniya deyildi - o, qardaş dəstəyinin bölgədə strateji tarazlığı necə dəyişə biləcəyini göstərdi. Türkiyənin siyasi və mənəvi dəstəyi, Azərbaycanın siyasi iradəsi və birgə koordinasiya - məhz belə formalaşır işə yarayan müttəfiqlik nümunəsi.

Türkiyə bu gün dünyanın aparıcı silah ixracatçıları sırasındadır. Baykar, Roketsan, Aselsan kimi brendlər təkcə texnoloji güc deyil, həm də strateji kapitaldır. Bu kapitalı Türkiyə türkdilli ölkələrlə bölüşməyə hazırdır. Artıq birgə istehsal müəssisələri fəaliyyətə başlayıb, pilotsuz aparatların satışı üzrə müqavilələr imzalanıb, zabitlərin təlimi təşkil olunur.

Növbəti mərhələ - ortaq Müdafiə Agentliyinin yaradılmasıdır. Bu qurum silahların standartlaşdırılmasını, ortaq satınalmaları, kəşfiyyat mübadiləsini və ortaq müdafiə doktrinasının hazırlanmasını koordinasiya edəcək. Bu artıq xəyallar yox, başlanan proseslərin məntiqi davamıdır.

NATO SSRİ-ni cilovlamaq üçün yaradılmış siyasi-hərbi alyans idi. Onun strukturu sərt iyerarxiya və vahid komanda zənciri üzərində qurulub. Alyans daxilində fərqli tarixlər, mədəniyyətlər və dillər mövcuddur. Bu da çox zaman etimad və əməkdaşlığı çətinləşdirir.

Türk hərbi ittifaqı isə ortaq kimlik üzərində qurula bilər. Bu - yalnız dil deyil, həm də mənəvi birliyin ifadəsidir. Ortaq tarix, eyni mənəvi yaddaş, milli azadlıq uğrunda bir-birinə dayaq olan xalqların ortaq iradəsi - bu, prosedur əsaslı nizamnamələrdən daha güclü bağdır.

Üstəlik, bu modeldə ABŞ-nin NATO-dakı hegemoniyasına bənzər bir “super güc” aktoru yoxdur. Burada silah anbarına görə yox, siyasi iradəyə görə bərabərlik var. Bu - iradə birliyinə əsaslanan bərabərlər ittifaqıdır.

Artıq heç kəs kağız üzərindəki “təhlükəsizlik zəmanətləri”nə bel bağlaya bilməz. Liviya, Dəməşq, Ukrayna – bu ölkələrin yaşadığı faciələr bir şeyi sübut etdi: xarici güclərin verdiyi vədlər külək kimidir, əsməyə başlayanda itib gedir. Bu dövrdə yalnız bir yol qalır – birləşmək. Məhz buna görə də Türk Dövlətlərinin Ortak Müdafiə Doktrinasına ehtiyac var. Bu, ideya yox, zərurətdir. Çağırışlara cavab vermək üçün hazırlanacaq plan yox, məcburiyyətə çevrilmiş sistemdir.

Bu doktrina nələri əhatə etməlidir?

– Kollektiv müdafiə prinsipi – NATO-nun məşhur 5-ci maddəsi kimi: birinə təhlükə varsa, bu hamıya təhlükədir
– Sürətli cavab qüvvələri – kritik infrastrukturun müdafiəsi üçün ortaq əməliyyat qrupları
– Müdafiə sənayesi əməkdaşlığı – silahların standartlaşdırılmasından tutmuş ortaq istehsala qədər
– Kibertəhlükəsizlik və süni intellekt – müasir döyüşlərin səhnəsi dəyişib, koordinasiya burada həyati əhəmiyyət daşıyır
– Əks-kəşfiyyat və informasiya təhlükəsizliyi – hibrid hücumlara qarşı ortaq sipər

Bu, nəzəriyyə deyil. Bu, sərhəd tanımayan, mərhələli və çoxşaxəli təhlükələr çağında yeganə rasional cavabdır.

Skeptiklər deyir ki, bu ölkələr fərqli idarəetmə modellərinə, prioritetlərə və xarici siyasət trayektoriyalarına malikdir. Qismən haqlıdırlar. Amma əslində daha vacib amil var: bu dövlətləri birləşdirən ortaq təhdidlərdir. Heç biri xarici müdaxilədən sığortalanmayıb. Heç biri köhnə ittifaqlara arxayın ola bilməz.

Artan xarici təzyiqlər; Azərbaycanla Türkiyənin artıq özünü doğrultmuş strateji tərəfdaşlığı; Türkiyə, Qazaxıstan və Özbəkistanın iqtisadi yüksəlişi; Qərbin bölgədə buraxdığı strateji boşluq və ən nəhayət, türk xalqları arasında böyüyən qarşılıqlı rəğbət və yaxınlıq TDT çərçivəsindəki proseslərə təbii təkanlar rolunu oynamağa başlayıb.

“Türk NATO-su” dedikdə, söhbət kimsənin köçürülmüş modelindən getmir. Bu, müttəfiqlik məfhumunun yeni dövrə uyğunlaşdırılmış formasıdır. Yeni dövrdə nə ən güclü, nə də ən varlı ölkə qalib gəlir – ən çox bağ qura bilən, şəbəkələşə bilən, koordinasiyalı hərəkət edə bilən qalır. Təhlükəsizlik artıq divarlarla yox, bağlantılarla qorunur.

Milli kimlik zəiflik deyil. Əksinə, bu – dirənişin, davamlılığın və gələcəyin kodudur. Xarici güclərin kənardan sındıra bilməyəcəyi şifrəli bir sistemdir.

Türk dünyası artıq təkcə mədəni bağlarla yox, öz iradəsi, ordusu, institusiyaları və sabaha dair baxışı ilə beynəlxalq münasibətlərdə subyektə çevrilməlidir. Əlavə element yox, tampon zonası yox, “boz sahə” yox – siyasi iradəsi olan tamhüquqlu aktor.

Bu gün türk dövlətlərinin qarşısında seçim dayanır: mədəni birlik olaraq qalmaq, yoxsa siyasi-hərbi reallığa çevrilmək. Bu seçim yalnız bir ölkənin yox, bütün bölgənin gələcəyini müəyyənləşdirəcək.

“Türk NATO-su” – bu, pafoslu şüar deyil. Bu, zamanın verdiyi diaqnoz və ona verilən cavabdır. Bu, eqoist iddia deyil – bu, sağ qalmaq üçün zərurətdir. Çünki kim öz alyansını qurmursa, başqasının xəritəsində rəngsiz bir ləkəyə çevrilir.

Və sabah qapıya düşmən dayanarsa çiyin-çiyinə duracaq qardaşlar olmalıdır.

Məhz indi həmin sualın cavabı hazırlanır.

Türk dünyası artıq eyni dildə danışmağı bacarır.

Bir yumruq kimi hərəkət etməyi öyrənməyin zamanıdır.


Elçin Alıoğlu - Trend











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07
Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41
Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39
Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33
Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30
Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20
Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16
Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03
Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00
İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05
Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03
“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02
Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59
“İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57
“Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37
Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32
Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12
20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09
Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05
İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02
Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58
Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56
“Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52
“Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48
TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44
Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39
Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29
Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25
Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16
Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12
"Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10
Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07
Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04
Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58
Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47
Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38
Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35
“Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24
Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12
Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09
Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03
Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58
Babək Quliyev vəfat etdi
Bu gün, 09:53
Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50
Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46
"Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru