"Niyə ki, cənab Qənimət müəllim. İşçinin suçu nə?" "DİA-AZ" xəbər verir ki, bunu "Azəriqaz" İstehsalay Birliyinin Sabirabad Xidmət Sahəsinin rəis müavini Qənimət Səmədova müraciətində Nüftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sual edir. NHMT sədri daha sonra bunları qeyd edir:
"Yenə Azəriqaz İB... və yenə də şikayət!
Sabirabad rayonu, Şəhriyar kənd sakini kənd sakini, Azəriqaz İB Sabirabad XS-nin işçisi Əliyev Rövşən Şəmsəddin oğlu yazır;
- Üç ildir Sabirabad XS-də nəzarətçi çilingər işləmişəm.İşimə həmişə vicdanla yanaşmışam. 2025-ci ilin may ayında bizi imtahana cəlb etdilər və imtahanda 12 bal topladım.
Lakin indi
Sabirabad XS rəis müavini Səmədov Qənimət məni aylıq əmək haqqı 630 man.əmək haqqı ilə və yaşadığım ərazidən
75 km aralıda olan
Saatlı XS -nə işə göndərir. Hər gün 75 km. bir rayondan başqa rayona işə getmək təbii ki, çox çətindir .



Öhdəmdə isə həm öz ailəm,həm də onkoloji xəstə olan qardaşımın ailəsi olmaqla 10 nəfər ailə üzvü var..."