Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının iş otaqlarında cari təmir işləri aparılacaq.
Qaynarinfo-nun məlumatına görə, icra hakimiyyəti bununla əlaqədar "Azemil" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin maliyyə dəyəri 14 833,5 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Azemil" MMC 19 iyul 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Zaqatala rayonu, Aşağa Tala kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qədirov Qədir Zatov oğludur.
"Azemil" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Qədir Qədirova gəlincə, o, həm də "Star-S” şirkətinin rəhbəridir. Bu şirkət 4 oktyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. "Star-S” MMC "Azemil” şirkəti ilə eyni hüquqi ünvanda, yəni, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşir.
"Star-S” MMC haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.
Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının iş otaqlarından aparılacaq cari təmir divarların, tavanın qaşınmasından və bu kimi kosmektik işlərdən ibarətdir.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir. Rövşən Bağırov Ağsudan əvvəl Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.