"Qarabağ" Avropanın "kürkünə birə saldı" .....                     Ağsu RİH-də 14 minlik cari təmir: İşləri həyata keçirən şirkət kimindir? .....                     Tanınmış azərbaycanlı şair İranda edama məhkum edildi .....                     Azərbaycan prezidenti BMT-də yeni dünya liderlərindən kimi təqdim olunur .....                     "Fikrimcə, Türkiyəni də bu birlikdə görmək olar .....                     Ruslar ədalətsiz müharibəyə qarşı .....                     "ABŞ qeyri-səmimidir" .....                     Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edib .....                     Əliyevlə Trampın dialoqunda diqqətçəkən detal .....                     Azərbaycan və Ermənistanın çoxdan gözlədiyi oldu .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Jurnalistə ağır itki üz verib .....                     Qələbəmiz 5 yaşında .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib .....                     AZƏRİQAZ-da anlaşılmaz işlər... .....                     TƏBİB-dən bir gündə 30 milyonluq tender: Köhnə “dostlar”, yeni planlar .....                     “Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər” .....                     Eldar Əzizov şəhid ailələri ilə görüşdü .....                     Abşeronda ata ona irad bildirən qızını döydü .....                     ETN-dən qəribə tender: Eyni məqsədli işi iki yerə niyə bölüblər? .....                     Əli Mirəliyev müğənnini YIXIB-SÜRÜDÜ .....                     Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi .....                     "Azərenerji"dən 24 milyonluq layihə .....                     Nazilə Səfərli tanınmaz halda .....                     "Rüşvət almağa başları elə qarışıb ki, bayrağa belə HÖRMƏTSİZLİK EDİRLƏR" .....                     Yağış yağacağı gözlənilir... .....                     Binəqədi ZİBİLİN İÇİNDƏ: əllərindəki texnika isə... .....                     AMEA 8,6 milyon manatlıq poliqrafiya malları alır .....                     "Faytonçu Nazim"ə nə olub? .....                     Nizami Alışanın məhkəməsi "Aztelecom" MMC-nin sabiq direktorunun oğluna görə .....                     Meyxana qalmaqalı böyüyür: .....                     Sabunçu İcra Şöbəsində QANUN HƏRLƏYƏN YOXDUR... .....                     Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI .....                     Cəbrayıl Rayon İcra Hakimiyyətinin kotirovka sorğusu ləğv edildi .....                     Petrosyan hələ də hansısa absurd "Qarabağ məsələsi"ndən danışır... .....                     Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu: .....                     Daha bir ölkə Rusiyadan imtina edir: .....                     MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb... .....                     Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdi .....                 

"Qarabağ" Avropanın "kürkünə birə saldı" - Bakıda onları nə gözləyir?
Tarix: Bu gün, 16:18 | Çap et

Oktyabr ayı Azərbaycan futbolunun tarixi üçün çox həyacanlı bir günlə başlayacaq. Artıq indidən bütün diqqətlər oktyabrın 1-ə yönəlib. Həmin gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda 17 ilə yaxındır ki, ölkəmizi Avropa arenasında şərəflə, qürurla təmsil edən “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsində ikinci oyununa çıxır. Rəqib Danimarka nəhəngi “Kopenhagen”dir və kifayət qədər tanış klubdur.

Hələ Ağdam klubu Danimarka çempionu ilə 7 il öncə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmış və onlara tarixlərinin ən ağrılı faciəsini yaşatmışdı. Bakıdakı oyunda 1-0 hesabı ilə qələbə qazanan “Köhlən atlar” səfərdə 2-1 hesablı məğlubiyyətə baxmayaraq, həmin dövrdə keçərli sayılan səfər qolu ilə tarixində ilk dəfə ən mötəbər turnirin qruplarına vəsiqəni təmin etmişdi. Onun üçün də əminliklə demək olar ki, “Kopenhagen” həm də Bakıya qisas almaq üçün gələcək. Bu qarşılaşmanı eyni zamanda, ən çox marağa çevirən daha bir detal var. Bu da “Qarabağ”ın sentyabrın 16-da səfərdə ilk oyununda Portuqaliyanın “Benfika” klubuna da tarixi faciəsini yaşatmasıdır.

Cəmi 24 milyonluq büdcə ilə dəyəri yüz milyonlarla ölçülən “Benfika” qarşısında 2-0 geri düşməsinə baxmayaraq, sonradan toparlanan Ağdam klubu rəqibinin qapısından 3 top keçirərək, dünyanı şoka salmışdı. “Benfika” bu oyundan sonra o qədər dəliyə dönmüşdü ki, gecə ilə dərhal baş məşqçini istefaya göndərmişdilər. Hələ də dünyanın nüfuzlu futbol nəşrləri, tanınmış idman mütəxəssisləri, futbol məqşçiləri əfsanəvi baş məşqçimiz Qurban Qurbanov sirrini çözməyə çalışırlar. Amma 24 milyonluq büdcəyə sahib olduqlarını eşidəndə hər kəsin nitqi quruyur, “Qarabağ”ı tamamilə başqa planetdən sayırlar. Bu klubun hələ bir çox klublara başağrısı olacağı proqnozlaşdırılır. Necə ki, tarixində ilk dəfə Çempionlar Liqasında debüt edəndə İspaniya çempionlarından sayılan “Atletiko Madrid”ə “həyat dərsi” vermişdi. Bakıdakı və Madriddəki hər iki oyunda 10 nəfərlə qalmasına baxmayaraq, “Qarabağ” 1-1-lik heç-heçəyə nail olmuşdu. Nəticədə yoluna Avropa Liqasında (həmin dövrdə UEFA kuboku adlanırdı) davam edən İspaniya nəhəngi məhz həmin ildə kuboku başı üzərinə qaldırmışdı. Yəni “Qarabağ” 8 il öncəki “Qarabağ”dır, Qurban Qurbanov da təmkinli, sakit görünən, hər kəsə yerini göstərən həmin baş məşqçidir...


Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında klubumuzun ciddi təzyiq altında olduğunu qeyd etdi: “Qarabağ” üçün Çempionlar Liqasının əsas mərhələsində ən çətin oyun “Kopenhagen”lə qarşılaşma olacaq. Bunun bir neçə səbəbi var. “Qarabağ” hazırda inanılmaz təzyiq altındadır. “Benfika” ilə səfərdə qazanılan qələbə sayəsində bütün dünya “Qarabağ”dan danışmağa başladı. Bu da ilkin təzyiqin formalaşmasını şərtləndirdi. Ardınca ölkə ictimaiyyəti də tələb etməyə başladı: Səfərdə “Benfika” məğlub edilibsə, deməli, Bakıda “Kopenhagen”ə də qalib gəlməliyik.

Futbolda belə fəlsəfə, yanaşma yoxdur. Belə yanaşacaqsansa, məğlub olacaqsan. “Benfika” ilə oyunda “Qarabağ”dan heç kim heç nə gözləmirdi. Amma qələbə hər şeyi dəyişdi. İndi “Qarabağ”dan hamı nəticə gözləyir. Çempionlar Liqasının səviyyəsini, klubların gücünü nəzərə almadan gözləyirlər.

Bu da “Qarabağ”ı istər-istəməz təzyiq altında saxlayır. Birincisi, ÇL-də zəif komanda yoxdur, ikincisi, “Kopenhagen” çox güclü komandadır. Bunu “Bayer”lə oyunda meydanda sübut edilər. Üçüncüsü, “Benfika” ilə oyundan sonra bu komanda “Qarabağ”a daha ciddi münasibət göstərəcək. “Benfika” ilə oyundan sonra “Qarabağ” “Çelsi” və ya “Liverpul”la qarşılaşsaydı və məğlub olsaydı, ictimaiyyət bunu qəbul edəcəkdi. Amma indi hamı az qala belə iddiaya köklənib: “Qarabağ” “Kopenhagen”ə mütləq qalib gəlməlidir, başqa yol yoxdur”.

İndi gəl komandanı, futbolçuları bu təzyiq dalğasından qoru. Yəqin ki, “Qarabağ”ın futbolçularında da psixoloji aspektdə problemlər olacaq. Onlar meydana “uduzsaq, necə olacaq” sualı ilə çıxacaqlar.

Amma belə olmamalı idi. “Benfika” üzərindəki qələbə “Qarabağ”ı aşırı böyüdüb, rəqibləri aşırı kiçiltməməlidir. Bura Çempionlar Liqasıdırsa, burada hər komanda qalib gələ, hər biri də məğlub ola bilər.

Bu situasiyanı nəzərə alaraq “Kopenhagen”lə oyunun, bəlkə də, “Qarabağ”ın tarixində ən çətin qarşılaşma olduğunu deyirəm.

Düzünü desəm, özüm də o psixoloji basqıya məğlub olaraq, “Qarabağ”ın bu oyunda qalib gələ bilməyəcəyini düşünürəm. Amma “Qarabağ” da “Qarabağ”dır. İndiyə qədər xeyli baryerləri, o cümlədən ictimai təzyiqləri dəf edib.

Bəlkə də, biz hələ də “Qarabağ”ın hansı səviyyəyə yüksəldiyini dərk edə bilmirik. Ona görə də, qələbəni də istisna etmirəm. Amma istənilən halda, hətta məğlub olsa belə “Qarabağ”ı alqışlamaq lazımdır.

O dəqiqdir ki, “Qarabağ” məğlub olsa da, vuruşacaq, mübarizə aparacaq. Bu tip oyunların taleyini isə bəzən xırda detallar da həll edir: yersiz qırımız vərəqə, gözlənilməz zədə olmayacaqsa, müdafiədə kobud səhvə yol verilməyəcəksə və ələ düşən imkanlardan maksimum yararlanacaqsansa...

Bu baryerləri hansı komanda aşacaqsa, qələbə də onun olacaq. Ümid edək ki, bu komanda “Qarabağ” olacaq. “Qarabağ” istənilən rəqiblə oynamağa qadirdir. Yetər ki, futbolçuların düşüncələri sakit olsun, psixoloji basqıya tab gətirsinlər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qarabağ" Avropanın "kürkünə birə saldı" - Bakıda onları nə gözləyir?
Bu gün, 16:18
Ağsu RİH-də 14 minlik cari təmir: İşləri həyata keçirən şirkət kimindir? - TƏFƏRRÜAT
Bu gün, 16:14
Tanınmış azərbaycanlı şair İranda edama məhkum edildi
Bu gün, 16:13
Azərbaycan prezidenti BMT-də yeni dünya liderlərindən kimi təqdim olunur - Professor
Bu gün, 16:10
"Fikrimcə, Türkiyəni də bu birlikdə görmək olar – yəni “bir millət, üç dövlət”..."
Bu gün, 16:06
Ruslar ədalətsiz müharibəyə qarşı – Onların sayı azdır, amma...
Bu gün, 16:04
"ABŞ qeyri-səmimidir" - İran XİN
Bu gün, 16:02
Prezident Dövlət Xidmətinin hərbçilərini təltif edib
Bu gün, 15:56
Əliyevlə Trampın dialoqunda diqqətçəkən detal – Anons verildi
Bu gün, 15:53
Azərbaycan və Ermənistanın çoxdan gözlədiyi oldu - Simonyan
Bu gün, 15:50
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Tam saiyahı
Bu gün, 15:49
Jurnalistə ağır itki üz verib
Bu gün, 15:45
Qələbəmiz 5 yaşında - Kreml isə yalan və təxribatlarına son vermir
Bu gün, 15:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNDU
Bu gün, 15:33
Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib - BFMTV
Bu gün, 15:24
AZƏRİQAZ-da anlaşılmaz işlər... - AXI NİYƏ?
Bu gün, 15:22
TƏBİB-dən bir gündə 30 milyonluq tender: Köhnə “dostlar”, yeni planlar - ARAŞDIRMA
Bu gün, 15:17
“Zəngəzur dəhlizi sülh sazişindən əvvəl açıla bilər” - ABŞ-dən AÇIQLAMA
Bu gün, 15:12
Eldar Əzizov şəhid ailələri ilə görüşdü - FOTO
Bu gün, 13:17
Abşeronda ata ona irad bildirən qızını döydü - HÖKM
Bu gün, 13:10
ETN-dən qəribə tender: Eyni məqsədli işi iki yerə niyə bölüblər? - TƏFƏRRÜAT
Bu gün, 13:02
Əli Mirəliyev müğənnini YIXIB-SÜRÜDÜ - “Oxuyan deyilsən, heç olmasa, insanlığın olsun!”
Bu gün, 12:55
Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm
Bu gün, 12:52
"Azərenerji"dən 24 milyonluq layihə - TENDER NƏTİCƏSİ
Bu gün, 12:50
Nazilə Səfərli tanınmaz halda - FOTO
Bu gün, 12:46
"Rüşvət almağa başları elə qarışıb ki, bayrağa belə HÖRMƏTSİZLİK EDİRLƏR" - İTTİHAM VAR...
Bu gün, 12:43
Yağış yağacağı gözlənilir... - belə deyirlər...
Bu gün, 12:33
Binəqədi ZİBİLİN İÇİNDƏ: əllərindəki texnika isə... - VİDEOFAKT
Bu gün, 12:30
AMEA 8,6 milyon manatlıq poliqrafiya malları alır
Bu gün, 12:24
"Faytonçu Nazim"ə nə olub? - Özü açıqladı
Bu gün, 12:19
Nizami Alışanın məhkəməsi "Aztelecom" MMC-nin sabiq direktorunun oğluna görə qapalı keçirildi
Bu gün, 12:16
Meyxana qalmaqalı böyüyür: - “Ora-burasını şişirdənlər..."
Bu gün, 12:15
Sabunçu İcra Şöbəsində QANUN HƏRLƏYƏN YOXDUR... - İTTİHAM VAR...
Bu gün, 12:04
Keçmiş həyat yoldaşı Ayselə SÖZ ATDI - "Neçə ərin olub?"
Bu gün, 12:00
Cəbrayıl Rayon İcra Hakimiyyətinin kotirovka sorğusu ləğv edildi
Bu gün, 11:57
Petrosyan hələ də hansısa absurd "Qarabağ məsələsi"ndən danışır...
Bu gün, 11:55
Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu: - Ya onlar, ya biz...
Bu gün, 11:49
Daha bir ölkə Rusiyadan imtina edir: - Azərbaycandan alacaq
Bu gün, 11:26
MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:19
Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdi - vəziyyəti ağır olaraq qalır...
Bu gün, 11:17
“Eurolux”un rəhbəri evini satdı: 289 min manatı işçisi ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 11:13
"Niyə çığırırsınız, dedikdə, daha da bərk şivənlik edir ki, niyə təhqir edirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 11:11
Paşinyan hələ seçkiyə qədər... - GƏLİŞMƏ
Bu gün, 11:04
Əsgərlik məsələsini "hamam suyu" ilə həll edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 11:01
ABŞ dövlət katibi Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI
Bu gün, 10:56
"Real Ermənistan" layihəsi konstitusiya dəyişikliyindən keçir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Xaricdə distant oxuyanlara BƏD XƏBƏR – “Güzəşt gözlənilmir”
Bu gün, 10:53
Təhsil İnstitutu 3 milyonluq layihələr həyata keçirəcək – Əməkdaşlıq etdiyi şirkətlərdən birinin 118 min vergi borcu var
Bu gün, 10:51
Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 10:50
Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır - “O özü dedi ki, istəyirəm tamaşanı sən hazırlayasan”
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru