Təhsil İnstitutu ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi (600 325 AZN), müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün (864 000 AZN), ümumi təhsil müəssisələrində metodist hazırlığı (270 000 AZN), istedadlı şagirdlərlə işin təşkili (36 000 AZN), məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün (350 000 AZN), müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması (216 000 AZN), təlim prosesində texnologiyalardan effektiv istifadə üzrə ixtisasartırma (36 000 AZN), ümumi təhsil müəssisələrində öyrənmə mühitinin təşkili (72 000 AZN), şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkilinə müasir yanaşmalar üzrə (90 000 AZN), inkluziv təhsilin təşkili istiqamətində ixtisasartırma təlimlərinin keçirilməsinə (43 000 AZN), lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsinə (230 690 AZN) ümumilikdə 2 808 015 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, bu xidmətləri “Alqoritmika.Azərbaycan”, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi”, “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC, “Savad Mərkəzi”, “Azərbaycan Müəllim İnkişaf Mərkəzi”, “Təhsildə Araşdırma və İnkişaf Mərkəzi”, “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC-lər göstərəcək.
İnstitutun bu şirkətlərlə bağladığı müqavilələr üzrə satınalmalar prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyiblər.
Xidməti göstərəcək şirkətlərdən birinin - “Alqoritmika.Azərbaycan” MMC-nin dövlətə 118 849 AZN borcu var.