Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu: .....                     Daha bir ölkə Rusiyadan imtina edir: .....                     MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb... .....                     Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdi .....                     “Eurolux”un rəhbəri evini satdı: 289 min manatı işçisi ələ keçirdi .....                     "Niyə çığırırsınız, dedikdə, daha da bərk şivənlik edir ki, niyə təhqir edirsiniz?" .....                     Paşinyan hələ seçkiyə qədər... .....                     Əsgərlik məsələsini "hamam suyu" ilə həll edibmiş... .....                     ABŞ dövlət katibi Azərbaycan-Ermənistan sülh prosesindən .....                     "Real Ermənistan" layihəsi konstitusiya dəyişikliyindən keçir .....                     Xaricdə distant oxuyanlara BƏD XƏBƏR .....                     Təhsil İnstitutu 3 milyonluq layihələr həyata keçirəcək .....                     Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır .....                     Qarabağın inşasında YEYİNTİ: deputat ÇAĞIRIŞ ETDİ... .....                     Lerikdə şəhidlərin şəkillərinin xatirə bulağına vurulmasına icazə verilmir? .....                     Talıbovların ZÜHURU: hələ bu harasıdır... .....                     İcra Hakimiyyətlərinin “sevimli” şirkəti- “VNM İnşaat” .....                     Öldükdən sonra orqanlarınızın bağışlanması üçün nə etməlisiniz? .....                     Elnur Əliyev təsisçisi olduğu MMC ilə yenə sövdələşdi: Bir gündə dörd müqavilə bağladı... .....                     Ermənistanı sevindirən gəlişmə yaşana bilər .....                     Şərqi Azərbaycanda yeni iş rejimi tətbiq olunur .....                     “Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib .....                     Paşinyan Rusiyaya işgüzar səfərə gedib .....                     "Bakı Yem Fabriki"nın vergi borcu 420 min manatı ötüb .....                     44 illik işindən yaşa görə çıxarılan qadın narazıdır .....                     "3+3" ATƏT-in Minsk qrupu kimi perspektivsizdir .....                     Paşinyana qarşı daha bir partiya .....                     `Dərnəgül çörəyi` adı altında MİLLƏTƏ NƏ YEDİRİRLƏR... .....                     Burda vətəndaşı rəsmən QARƏT EDİRLƏR... .....                     Anasının pul qarşılığında kişilərlə görüşdüyünü eşidib boğazını kəsdi .....                     Bakıda üçlü görüş: Rusiya rəsmisi də gəlir .....                     Zelenskinin ASTANA GEDİŞİ... .....                     "Cəzasızlıq yeni cinayətlərə təşviq edir" .....                     Direktorlar məktəbləri KOLXOZ kimi idarə edirlər .....                     "Elə bil mən alverçiyəm, küçədə nəsə satmışam" .....                     Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib? .....                     Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır? .....                     “AzParking”də insan haqları belə tapdanır .....                     Azərbaycanda qalmaqallı məmura şeir yazdılar .....                 

Paşinyana qarşı daha bir partiya - “goreşənlər” çoxalır...
Tarix: Bu gün, 09:32 | Çap et

Ermənistanda yeni “Ana Ermənistan” partiyası yaradılıb. Yerli medianın yazdığına görə, “Ana Ermənistan” hərəkatı bu yolla siyasi təşkilata çevrilmək qərarı verib.

“Qısa müddət ərzində "Ana Ermənistan" hərəkatı Ermənistanın siyasi mənzərəsində mühüm yer tutdu. “Ana Ermənistan” yeni siyasi qüvvə olmasına baxmayaraq, İrəvan və Gümrüdə keçirilən yerli seçkilərdə uğur qazanıb, ölkənin iki ən böyük şəhərinin ağsaqqallar şuralarında təmsil olunub. Növbəti mərhələ Vaqarşapatda keçiriləcək seçkilər olacaq", - bəyanatda deyilir.

Partiyanın sədri seçilmiş Andranik Tevanyanın təsis qurultayında qeyd etdiyi kimi, onların yeganə hədəfi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasıdır. “Əsas vəzifələrdən biri "Mülki Müqavilə"nin hakimiyyətdən kənarlaşdırılmasıdır. Ermənistanda təhlükəsizliyi və əmin-amanlığı təmin edəcək bir hökumət qurulmalıdır. Qarşıda çətin iş var, lakin biz uğur qazanacağıq", - Tevanyan iddia edib.

Qeyd edək ki, “Ana Ermənistan” hərəkatı 2023-cü il mayın 28-də “geniş sosial konsolidasiyanı təmin etmək, milli və dövlət maraqlarını qorumaq” məqsədilə yaradılmışdı. Hərəkat cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini - politoloqlar, iqtisadçılar, diplomatlar, sosioloqlar, tanınmış ziyalılar, hüquqşünaslar, həkimlər, müəllimlər, professorlar, İT mütəxəssisləri, jurnalistlər, blogerlər, tələbələr, kiçik və orta biznes nümayəndələrini birləşdirir.

Yeni partiya qarşıdakı seçkilərdə Paşinyan komandasının qələbəsinə nə dərəcədə əngəl yarada bilər?

Yada salaq ki, az öncə Paşinyanın həbsə atdırdığı erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyan müxalif hərəkat yaratdığını elan eləmişdi.

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil ki, keçmiş prezidentlər olan rəqibləri - Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sərkisyanı debata çağırır: “Rəqiblərindən səs çıxmır. Adətən müxalifət lideri prezident və ya baş naziri debata çağırar ki, hakimiyyət dəyişikliyinə nail olsun. Ermənistanda isə tərsinədir, baş nazir müxalifət təmsilçilərinin hər biri ilə debata çıxmağa hazır olduğunu vurğulayır. Paşinyan doğru strategiyadan çıxış edir. Rəqibləri onunla debata çıxmaqdan çəkinirlər, çünki bilirlər ki, Paşinyanın onlara qarşı güclü arqumentləri var”.

Onun fikrincə, erməni cəmiyyəti bunu görür və Paşinyana alternativ olmaq istəyənləri zəif kimi qiymətləndirir: “Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Seçkilər yaxınlaşdıqca Paşinyan rəqiblərini daha çox hədəf alacaq və onları zəif nöqtələrindən vuracaq. Bu gedişlə Rusiyanın dəstəyi olmayan erməni radikalların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür”.

Siyasi ekspert Ramiyə Məmmədova Ermənistanda seçkilərin gərgin keçəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, zaman yaxınlaşdıqca yeni siyasi qüvvələr göbələk kimi çıxmağa başlayacaq. Analitik bu güclərin vahid bloka çevriləcəyi halda, hakimiyyət üçün ciddi başağrısı olacağını fikirləşir.

Bununla belə, ekspert hesab edir ki, ayrı-ayrılıqda siyasi partiyalar iqtidarla rəqabət aparmaq potensialında deyil.

“Paşinyan regionlara gedir, qurultay keçirir, danışıqlar aparır. Onun seçkilərin çətin olacağı barədə məlumatı var. ABŞ kəşfiyyatı İrəvanda hazırlıqları izləyir. Xüsusən də Rusiya kəşfiyyatı ilə rəqabətdədir. Bu qarşıdurma getdikcə güclənəcək. Çünki Ermənistan uğrunda mübarizə gedir. Əgər Rusiya Gürcüstan kimi burada da istəyinə nail olsa, Cənubi Qafqazda 180 dərəcə dəyişikliklər görə bilərik. Odur ki, ABŞ və Avropa Birliyi Paşinyan hakimiyyətini var gücü ilə müdafiə edir. Fikrimcə, müxalifət problem yarada bilər, amma qələbə qazanmaq iqtidarında deyil”, - ekspert belə dəyərləndirir.

Onun sözlərinə görə, yeni siyasi təşkilatlar müxalifətin gücünü parçalayacaq: “Ermənistan hakimiyyəti böyük fərq olmasa da, qələbəni təmin edəcək. Mən seçkilərin nəticələrindən daha çox ona etirazları gözləyirəm. Yəni Karapetyanın hərəkatı, revanşist güclər, kilsə, lobbi, ruspərəst qüvvələr küçə döyüşlərinə start verə bilər. Bu da Ermənistanda ciddi böhrana səbəb olacaq. Paşinyan küçə hərəkatını yatıra bilsə, prosesi nəzarətə götürəcək. Onun özü də meydandan iqtidara gəlib. Ona görə riskləri hesablayır”.

Hər bir halda, siyasi şərhçiyə görə, bu dəfə Ermənistanda seçkilər daha həlledici olacaq: “Nəzərə almaq lazımdır ki, indi Paşinyana ittihamlar artıb, reytinqi qismən azalıb, düşmənləri isə çoxalıb. Onun addımları da cəmiyyətdə birmənalı qarşılanmır. Revanşist müxalifətin təbliğatı ona yönəlib ki, hakimiyyət Azərbaycana maraqlarına xidmət edir. Amma iqtidarın da əlini gücləndirən fakt var - 8 avqust anlaşması və Zəngəzur dəhlizinin Rusiyaya verilməməsi. Paşinyan bu nəticələrlə seçkiyə gedir. Üstəlik, ölkədə iqtisadi şərait, xaricdən axan maliyyə və vaxtilə iqtidarda olmuş indiki siyasi qüvvələrin Ermənistanı korrupsiya bataqlığına sürükləməsi ictimai rəyə təsir edir. Ermənilər hərb və sülh arasında seçim etməli olacaq. Seçki qutusundan ya xalqa sülh vəd edən Paşinyanın partiyası, ya da "artsax" qışqırıb savaşa aparan güclərin bülletenləri çıxacaq".

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Moskvaya gələn Paşinyanı seçim qarşısında qoydu: - Ya onlar, ya biz...
Bu gün, 11:49
Daha bir ölkə Rusiyadan imtina edir: - Azərbaycandan alacaq
Bu gün, 11:26
MÜƏLLİM GÜNÜ: elə bil pul yığmaq üçün düşünülüb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:19
Bir qrup ziyalı şair Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət etdi - vəziyyəti ağır olaraq qalır...
Bu gün, 11:17
“Eurolux”un rəhbəri evini satdı: 289 min manatı işçisi ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 11:13
"Niyə çığırırsınız, dedikdə, daha da bərk şivənlik edir ki, niyə təhqir edirsiniz?" - NARAZILIQ VAR...
Bu gün, 11:11
Paşinyan hələ seçkiyə qədər... - GƏLİŞMƏ
Bu gün, 11:04
Əsgərlik məsələsini "hamam suyu" ilə həll edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 11:01
ABŞ dövlət katibi Azərbaycan-Ermənistan sülh prosesindən DANIŞDI
Bu gün, 10:56
"Real Ermənistan" layihəsi konstitusiya dəyişikliyindən keçir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Xaricdə distant oxuyanlara BƏD XƏBƏR – “Güzəşt gözlənilmir”
Bu gün, 10:53
Təhsil İnstitutu 3 milyonluq layihələr həyata keçirəcək – Əməkdaşlıq etdiyi şirkətlərdən birinin 118 min vergi borcu var
Bu gün, 10:51
Küçələrdə satılan 5 manatlıq qoz hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 10:50
Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır - “O özü dedi ki, istəyirəm tamaşanı sən hazırlayasan”
Bu gün, 10:49
Qarabağın inşasında YEYİNTİ: deputat ÇAĞIRIŞ ETDİ... - "...cəzalandırılmalıdırlar"
Bu gün, 10:46
Lerikdə şəhidlərin şəkillərinin xatirə bulağına vurulmasına icazə verilmir? - FOTO
Bu gün, 10:41
Talıbovların ZÜHURU: hələ bu harasıdır... - QAYIDIRLAR...
Bu gün, 10:36
İcra Hakimiyyətlərinin “sevimli” şirkəti- “VNM İnşaat” - ARAŞDIRMA
Bu gün, 10:29
Öldükdən sonra orqanlarınızın bağışlanması üçün nə etməlisiniz? - AÇIQLAMA
Bu gün, 10:25
Elnur Əliyev təsisçisi olduğu MMC ilə yenə sövdələşdi: Bir gündə dörd müqavilə bağladı... – DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:05
Ermənistanı sevindirən gəlişmə yaşana bilər – Tarix verildi
Bu gün, 10:02
Şərqi Azərbaycanda yeni iş rejimi tətbiq olunur
Bu gün, 10:00
“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib - BUNDAN SONRA...
Bu gün, 09:55
Paşinyan Rusiyaya işgüzar səfərə gedib - KİV
Bu gün, 09:54
"Bakı Yem Fabriki"nın vergi borcu 420 min manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 09:48
44 illik işindən yaşa görə çıxarılan qadın narazıdır - “Məndən yaşlıları saxlayıblar”
Bu gün, 09:46
"3+3" ATƏT-in Minsk qrupu kimi perspektivsizdir - ŞƏRH
Bu gün, 09:42
Paşinyana qarşı daha bir partiya - “goreşənlər” çoxalır...
Bu gün, 09:32
`Dərnəgül çörəyi` adı altında MİLLƏTƏ NƏ YEDİRİRLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:27
Burda vətəndaşı rəsmən QARƏT EDİRLƏR... - şikayət olunası yer də yoxdur...
Bu gün, 09:15
Anasının pul qarşılığında kişilərlə görüşdüyünü eşidib boğazını kəsdi – Goranboyda DƏHŞƏTLİ QƏTL
Bu gün, 08:59
Bakıda üçlü görüş: Rusiya rəsmisi də gəlir - “buzlar əriyir”?
Bu gün, 08:56
Zelenskinin ASTANA GEDİŞİ... - İNCƏLƏMƏ
Bu gün, 08:53
"Cəzasızlıq yeni cinayətlərə təşviq edir" - deputat
Bu gün, 07:27
Direktorlar məktəbləri KOLXOZ kimi idarə edirlər - BU FAKTDIR!
Bu gün, 07:25
"Elə bil mən alverçiyəm, küçədə nəsə satmışam" - Əsərini 100 minə satan rəssam
Bu gün, 07:22
Azər Məmmədov müavini ilə nə üçün mübahisə edib? - İDDİA
Bu gün, 07:19
Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır? - "Bu mərkəzləşmiş bir prossesdir..."
Bu gün, 07:13
“AzParking”də insan haqları belə tapdanır - Sistem var, ləyaqət yox...
Bu gün, 07:03
Azərbaycanda qalmaqallı məmura şeir yazdılar - “Mənzər çapdı-taladı, nazirliyə bəladı…”
Bu gün, 06:58
Həm elmdən, həm də təhsildən uzaq... NAZİR!
Bu gün, 06:55
Buraları rəsmən BAZARA ÇEVİRİBLƏR - Mirsaleh Seyidovun NƏZƏRİNƏ...
Bu gün, 06:50
Qarabağ qazisi məhkəmə məngənəsində... - NARAZILIQ VAR...
Bu gün, 06:47
Partiya sədrindən qaçqınları hədəfə alanlara SƏRT SÖZLƏR - "Görəcəklər, kimin əli kimin cibindədir"
Bu gün, 06:36
Ölkəmizin adından GÖZGÖRƏSİ dələduzluq... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:31
"Dünən mənə bir zəng gəldi ki, bu insana yardım etmək lazımdır"
Bu gün, 06:25
"Ermənistanın xəritələri təqdim etməməsi təəssüf doğurur" - deputat
Bu gün, 06:20
Savaş Rusiya ərazisinə keçə bilər - GƏLİŞMƏ
Bu gün, 06:17
Rabitəbankda Kart Əməliyyatları departamentinə yeni direktor - TƏYİN OLUNDU
Dünən, 17:53
Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir - Zelenski
Dünən, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru