Beynəlxalq hüquq təkbaşına müharibəni seçənlərin qarşısını ala bilməz.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz sülh istəyirik, lakin Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir”, - Zelenski deyib.
O qeyd edib ki, Suriya beynəlxalq ictimaiyyətdən daha çox dəstək almağa layiqdir: “Sanksiyalar ləğv edilməli, iqtisadiyyatının bərpası üçün dəstək verilməlidir”.