“NASProject BOKT” ASC-nin İdarə Heyəti sədrinin müavini Cəfərov Nəriman Sərdar oğlu vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bununla da rəsmi olaraq BOKT-nin İdarə Heyətində bir sədr qalıb.
Hazırda BOKT-nin İdarə Heyətinə Məmmədov Elnur Fəzli oğlu sədrlik edir.
“NAS Project BOKT” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.
1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur.
Təşkilatın 31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərinə uyğun olaraq 19 və 17 nəfər əməkdaşı olub.