Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi .....                     İlhamə Elşadqızına hökm oxundu .....                     Əgər belədirsə... .....                     Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi .....                     AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir .....                     “Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər .....                     “Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” .....                     Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət .....                     Ermənistanda konstitusiya islahatı müzakirə olunur .....                     “Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” .....                     "TikTok-dakı qızların günahkarı analarıdır" .....                     Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... .....                     “Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır .....                     "Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır" .....                     “Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” .....                     Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı .....                     On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına .....                     Xatunla duet ortağı arasında .....                     "Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb .....                     Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək .....                     Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir .....                     Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib .....                     Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb .....                     Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... .....                     Paşinyanın üstünlükləri kifayət qədər çoxdur .....                     “Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub .....                     Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə .....                     5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR .....                     Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? .....                     'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır .....                     Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı .....                     "Biz siyahıya alınmamışıq" .....                     Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... .....                     Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... .....                     “Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: .....                     “Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər .....                     Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... .....                     Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? .....                     Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... .....                     Bu müəllimlər şagirdləri təhdid edir .....                 

Əgər belədirsə... daha qulaq asmasınlar!
Tarix: Bu gün, 12:31 | Çap et

Formula-1 üzrə Azərbaycan Qran-prisinin bağlanış mərasimində dövlət himnimizin yeni aranjimanda təqdim olunması geniş müzakirələrə səbəb olub. Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında səslənən himn tamaşaçı kütləsi tərəfindən heyranlıqla qarşılanıb. Bununla belə, ifa ilə bağlı tənqidi fikirdə olanlar da var. Onlar dövlət rəmzlərinin dəyişdirilmədən, heç bir improvizəyə yol vermədən, klassik şəkildə ifa olunmasının vacibliyini vurğulayıblar.

Əməkdar incəsənət xadimi və bəstəkar Cavanşir Quliyev himnin bu üslubda təqdim edilməsinə etiraz edib: “Dövlət himninin bu cür tədbirlərdə ifa olunmasının tərəfdarı deyiləm. Himn yalnız Milli Məclisin qərarı ilə dəyişdirilə bilər. Dövlət rəmzləri toxunulmazdır”.

Bəzi musiqi mütəxəssisləri və ictimaiyyət nümayəndələri isə himnin yeni aranjimanının müasir musiqi tələblərinə uyğun, dinamik və daha geniş auditoriyaya çatmaq üçün hazırlanmış yenilik olduğunu müdafiə ediblər. Onların fikrincə, klassik və müasir elementlərin sintezi himnin daha emosional və təsirli səslənməsinə xidmət edir.

Səslənən fikirlərlə bağlı Xalq artisti, muğam ustadı Alim Qasımovun mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Məlumdur ki, himnimizin notları var və qanun var. Sözün düzü, ifamda hansı dəyişikliklərin olub-olmadığını dəqiq bilmirəm. Ola bilsin, belə çıxıb. Xaricilər də bəyəniblər. Əgər belədirsə, daha qulaq asmasınlar.

Cavanşir Quliyev əlbəttə ki, bizim peşəkar bəstəkarımızdır, qardaşımızdır. Onun da öz baxışı var; indi elə deyibsə, heç problem deyil. Bu, musiqidir - biri belə qiymətləndirər, biri elə. Kiminsə xoşuna gələr, kiminsə gəlməyə bilər. Mən heç nə deyə bilmərəm".

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zenfira Qafarova məsələyə münasibət bildirərək qeyd edib: “Bəstəkar Cavanşir Quliyev muğamı çox gözəl bilir, əsərlərində də ondan yüksək peşəkarlıqla istifadə edir. Ona görə də hər kəs onun sənətinə inanır. Əgər o, belə bir fikir səsləndiribsə, əminəm ki, bir çox musiqişünaslar və bəstəkarlar da həmin mövqeyə yaxın ola bilərlər. Amma bu, o demək deyil ki, musiqidə yalnız bir fikir mövcud ola bilər.

Doğrusunu desəm, mən həmin ifanı hələ dinləməmişəm. Amma məncə, ilk növbədə biz Alim Qasımova və qızı Fərqanə Qasımovaya təşəkkür etməliyik ki, belə mötəbər yarışmada çıxış ediblər. İndi nə olsun ki, himnin ifasında müəyyən improvizasiya edilib? Burada ağır bir cinayət axtarmağa dəyməz.

Məsələn, muğamdan hər kəs özünəməxsus şəkildə istifadə edir. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasında muğamı olduğu kimi saxlayıb, amma “Koroğlu” operasında artıq öz yaradıcılıq yanaşmasını əlavə edib. Bu gün biz də deyə bilmərik ki, hansısa bir parça sırf “Segah”dır, yaxud “Bayatı-Şiraz”dır.

Ona görə də hesab edirəm ki, burada heç bir qəbahət yoxdur. Sadəcə olaraq, ifaçılarımız musiqini qəlblərindən gəldiyi kimi səsləndiriblər. Bu səbəbdən də onları qınamaq, incitmək və ya mübahisə yaratmaq yersizdir".

Əməkdar jurnalist Xalid Kazımlı isə məsələyə bu cür mövqe bildirib: “Dövlət himnimizi oxuyarkən xırda improvizə etdiyinə görə Alim Qasımovu qınayanlar var. Amma bu improvizə həmin musiqini gözəlləşdirib, daha da sevimli edib axı. Dünəndən bəri 4 dəfə qulaq asmışam - hər dəfə ləzzət edib. Bu, 4 yaşından 74 yaşına qədər milyonlarla vətəndaşımızın bildiyi, minlərlə dəfə eşitdiyi himndir. Onu yenidən, təkrarən dinləmək bu qədər zövq verirsə, demək, Alim Qasımov işinin öhdəsindən layiqincə gəlib. Bu adam böyük sənətkardır, xalqımızın sərvətidir. Nadir gözəllikdə səsə, ifaçılıq istedadına malikdir. Qədrini bilək, sənətkarı incitməyək. Həm də Alim və qızının ifası dövlət himnimizin standartı olmağa iddia etmir. Bundan sonra da dövlət tədbirlərində, hər yerdə himnimiz qəbul edilmiş variantda oxunacaq. Alim Qasımov və Fərqanə Qasımovanın oxuduğu musiqi parçası isə yaddaşlarda, videotekalarda, internet resurslarında qalacaq və sevilərək dinləniləcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlının sürdüyü TIR-da gizlənib Avropaya qaçmaq istədi - VİDEO
Bu gün, 13:11
İlhamə Elşadqızına hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 13:00
Əgər belədirsə... daha qulaq asmasınlar!
Bu gün, 12:31
Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Bu gün, 12:22
AYNA 10 manatlıq şirkətdən 205 minlik alış-veriş edir - Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s
Bu gün, 12:14
“Giləzi-Quşçuluq Şirkəti” buna görə cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:08
“Fələstini tanısanız, HƏMAS-a dəstək olarsınız” – BMT kürsüsündə BÖYÜK REZONANS
Bu gün, 12:01
Naxçıvanda yarım milyonluq mənzil tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 11:56
Ermənistanda konstitusiya islahatı müzakirə olunur - KİV
Bu gün, 11:53
“Kim istəyər ki, ayda 300-500 manatla yaşasın?” – DEPUTATIN AÇIQLAMASINA REAKSİYA
Bu gün, 11:40
"TikTok-dakı qızların günahkarı analarıdır"
Bu gün, 11:36
Talıbovlar YENİDƏN BİZNESDƏ: Oğlu satdığı oteli geri aldı... - İLGİNC
Bu gün, 11:33
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
Bu gün, 11:29
"Aktyorun işi direktorun kefindən, rejissorun nazından asılıdır"
Bu gün, 11:24
“Vergi tətili uzadılmasa, işsizlik artacaq, “boz mühasibatlıq” geri qayıdacaq” - Partiya sədri
Bu gün, 11:16
Dövlət qurumunu təmizləyici dərmanlarla təmin edən şirkət tapılmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 11:12
On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına AĞIR CƏZA
Bu gün, 11:10
Xatunla duet ortağı arasında EŞQ YAŞANIR?
Bu gün, 11:08
"Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb - HESABAT
Bu gün, 11:01
Şaraadan xəbərdarlıq: Bu, Türkiyəyə də zərər verəcək - KİV
Bu gün, 10:59
Anklavlar məsələsi “ərazi mübadiləsi”ni gündəmə gətirir - GƏLİŞMƏ
Bu gün, 10:57
Azərbaycandada BOKT-da səhmdar dəyişikliyi baş verib - YENİ PAYÇI MƏLUM OLDU
Bu gün, 10:55
Sumqayıtda hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:54
Sədərək Gömrüyündə RÜŞVƏT BUMU... - İTTİHAM VAR...
Bu gün, 10:53
Paşinyanın üstünlükləri kifayət qədər çoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 10:36
“Azəristiliktəchizat”a məxsus iki tender ləğv olunub
Bu gün, 10:34
Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə - ilk dəfə deyil ki...
Bu gün, 10:29
5 İL ƏVVƏL EV ALDI, HƏLƏ DƏ ADINA KEÇİRƏ BİLMİR - MÜRACİƏT
Bu gün, 10:20
Vərəm xəstəsi, narkoman necə dönərçi və kababçı işləyir? - NARAZILIQ VAR...
Bu gün, 10:17
'Leyla Medical Center' təzminat ödəməlidir: Əməkdar həkim xəstənin ölümündə suçlanır - TƏFƏRRÜAT
Bu gün, 10:10
Ankara-İrəvan əlaqələrinin normallaşması Moskvanın marağındadırmı - ŞƏRH
Bu gün, 10:02
"Biz siyahıya alınmamışıq" - xalq artisti
Bu gün, 10:00
Deputat sərhədlərin açılmamasını HƏRBİ KATAKLİZMLƏRLƏ ƏLAQƏLƏNDİRDİ... - AÇIQLAMA
Bu gün, 09:50
Təhsil sistemimiz NİYƏ BÜDRƏYİR... - Heç yerindən tərpənir ki?..
Bu gün, 09:45
“Rusiya ilə birləşək” çağırışına Paşinyandan sərt təpki: - Dərhal əmr verdi
Bu gün, 09:34
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər - KİV
Bu gün, 09:32
Şikayət etdiyi üçün ona hədə-qorxu gəlirlər... - Göygöldə FİLM KİMİ OLAY...
Bu gün, 09:25
Bakı kəndlərinin “yoxa çıxan” kino klubları: Onları kimlər necə “buxarlandırıb”? - YEYİB, ÜSTÜNDƏN SU DA İÇİBLƏR...
Bu gün, 09:20
Keçmiş kəşfiyyat komandirinin əlilliyi LƏĞV EDİLDİ VƏ... - MÜRACİƏT
Bu gün, 09:16
Bu müəllimlər şagirdləri təhdid edir - AKTUAL
Bu gün, 09:10
Paris Bakıya münasibətdə sona qədər sadiq qalacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
"Gəncə Şərab-1" ASC-nin dövlətə külli miqdarda - VERGİ BORCU VAR
Bu gün, 08:55
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Abşerondakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 08:50
Zəngəzur sülh yolu olacaq, amma... - İrəvandan qəribə açıqlama
Bu gün, 08:44
Onları yenmək Paşinyan üçün SUİÇİMİ KİMİ BİR ŞEYDİR... - ELƏ GÖRÜNÜR...
Bu gün, 08:41
Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat - AXI NİYƏ?
Bu gün, 08:35
Aktrisa Klaudiya Kardinale vəfat edib
Bu gün, 07:33
Şəhid qızını evində təhqir edib hədələdilər... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Dərsliklərin dilini görməyən nazir... – Həqiqət hardadır?
Bu gün, 07:17
Keçmiş deputatın qardaşı bu təhsil ocağının YERİNDƏN OYNATDI - NARAZILIQ VAR...
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru