Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi şəhərin parklarında, küçə və səkilərində abadlıq işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi məlum olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, “M-House Construction” MMC 403 min 199,68 manatlıq təkliflə qalib seçilib. Şirkətlə müqavilə bağlanması nəzərdə tutulur.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, tenderin qalibi olan MMC-nin dövlətə 7 min 147,16 manat vergi borcu mövcuddur. Bundan başqa, şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. “M-House Construction” MMC-yə qanuni təmsilçi olaraq Əhləman Yusifov Xasay oğlu rəhbərlik edir.
Qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyətinə Əkbər Abbasov, Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə isə Ramal Məstiyev rəhbərlik edir.