Davamlı olaraq neft çalışanlarının hüquqlarının müdafiəçisi kimi tanıdığımız - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə neftçilərin min bir əziyyətlə ölkəmizə qazandırdığı pulların hesabını soruşur. "DİA-AZ" NHMT sədrinin özünə aid sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:
"Neft gəlirləri hesabına reallaşdırılan Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin dekabr ayında "təhvil verilib.
Öhdəlik :- Oğuz-Qəbələ-Bakı su kəməri Bakı və onun rayonlarını 24 saat fasiləsiz içməli su ilə təmin edəcək. Kəmər neft pulu hesabına inşa olunub.
Amma öhdəlik yerinə yetirilmir. Niyə? Layihə uğursuzdur, yaxud başqa səbəb var?"
"DİA-AZ" bildirir ki, bunun ardından NHMT sədri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki mənzillərdən birindən real mənzərəni təqdim edib: