“Sevirəmsə, qəlbən sevirəm, siləndə də birdən sevirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Lalə Məmmədova “İncə Səhər” verilişində deyib.
Sənətçi əsl sevginin insan həyatında böyük rolundan danışıb:
“Əsl sevgini layiq olduğun biri ilə yaşamaq lazımdır. Çox vaxt sevənlər danışmağı da bacarmırlar. Sevənlər danışanda özlərini çox itirirlər. Sevmək özündən çox qarşındakını düşünməkdir. Üzüldüyüm tərəflər də var, layiqincə qiymətləndirilməyəndə üzülürəm. Kişilər əsl sevginin nə olduğunu həyatından o qadını itirəndən, o qadına dəyər verməyəndən, boşluğa düşəndən sonra anlayırlar. Amma qadın ilk gündən anlayır ki, o adamı sevir, yoxsa yox. Sevirəmsə, qəlbən sevirəm, siləndə də birdən silirəm”.