"Şikayətim "Kontakt Home"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "17.07.2025 tarixində kondisioner almışıq. Alanda 3 gün ərzində quraşdırılma ediləcək deyilib. Lakin hələ də bir xəbər yoxdur. Zəng edirik vaxt soruşuruq, məlumat veriləcək deyilir, məlumat verilmir. Biraz öncə də danışdıq, xanım deyir məlumat veriləcək, deyirəm artıq məlumat verilməli deyil, iş görülməlidir. Deyir 5 gün ərzində quraşdırılır. Deyirəm bəs sizin satış təmsilçiniz 3 gün deyib axı. Deyir, yəqin səhv məlumat verib. Mən anlamıram, hörmətli Kontakt Home , satışa baxan əməkdaşınız sizin şirkətə tabe deyil? Necə belə səhv məlumat verə bilər? Belə çıxır məhsulu satana qədər 3 gün, satandan sonra 5 gün. Əsas satış olsun? Müştəri kondisioneri istidən qorunsun, əsəbləri pozulmasın deyə alır, amma siz əlavə əsəb verirsiniz.
Neçə gündür heç yerə gedə bilmirik ki, birdən şirkətdən gələrlər, evdə olmarıq. Biz niyə sizə görə işimizdən- gücümdən, istirahətimizdən olmalıyıq? Müştəri məmnuniyyətiniz haradadır?"