Vətəndaş Günel Əlizadə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət ünvanlayaraq Zamex karqo şirkətindən gileylənir.
"DİA-AZ" olaraq Günel Əlizadənin müraciətini təqdim edirkk: "11 iyun 2025-ci il tarixdə Zamex Kargo şirkəti vasitəsilə Almaniyadan dəyəri 196 AZN olan köynəy sifariş etmişəm. Lakin artıq iki aydır ki, həm məhsul mənə təhvil verilməyib, həm də kargoya aid nömrələr bağlıdır, mesajları cavablandırmırlar və əlaqə saxlamaq mümkün deyil.
Beləliklə, mənim istehlakçı hüquqlarım kobud şəkildə pozulmuş, ödəniş edilmiş vəsait geri qaytarılmadığı halda xidmət göstərilməyib.
Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müvafiq maddələrinə əsasən, malların vaxtında və müqavilə şərtlərinə uyğun çatdırılmaması istehlakçının hüquqlarının pozulmasıdır..."