"Mənin şikayətim Qubada yerləşən "Aynur Qala" İstirahət Komleksindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Ulfat Ismayilov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Otaqda gecədən su problemi var idi. Su probleminə görə səhər yeməyinə 15 dəqiqə gecikdik və buna görə də bizə səhər yeməyi verilmədi.
Administratora başa salmaq olmadı ki, əl-üzü yumamış səhər yeməyi yemək olmur. Deyir, birtəhər su tapıb yuyardınız.
Bir sözlə, xidmət çox aşağıdır, özlərində olan problemi yoluna qoymurlar.
Pulunuz heyifdir. Əsəbləriniz də həmçinin..."