""Azəriqaz İB SOCAR-ın fəhlə, çilingər, xadimə və s. kateqoriyalı (yəni ali təhsili olmayan) işçilərin qeyri-qanuni imtahanlar vasitəsi ilə işdənçıxarma, yüksək vəzifəli işçi sayının isə artırılma siyasətini müvəffəqiyyətlə davam etdirir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Tanınmış hüquq müdafiəçisi daha sonra bildirir: Növbəti qeyri-qanuni imtahanlar bu dəfə iyul ayının 7-də Lənkaran Regional Qaz İstismarı İdarəsinin Biləsuvar Xidmət Sahəsində keçiriləcək.
İmtahana dəvət edilən işçilərdən biri bildirir ki, son günlər işdənçıxarılma həyəcanından ürək, şəkər xəstəliyimiz artıb.
Sual edirəm: Fəhlə, çilingər, xadimə və s. adam deyil?.. Bizlərə qarşı bu ayrı-seçiciliyin kökündə nə dayanır? Məqsəd nədir?"