
"Starexglobal.az-dan şikayətçiyəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "2024-cü ilin sentyabrında ABŞ anbarına bağlama göndərilib. Bağlama gəlib anbara çatıb, amma "Starex" şirkəti düz 4 aydı bizə deyirdi ki belə bir bağlama anbara çatmayıb.
4 ay ərzində sübut edə bildik ki (yaxşı ki anbardarları qol çəkib bağlamanı təhvil alanda) bağlama "Starex"dədi. Yanvarda sübut edəndən sonra bağlamanın dəyərini bizə qaytarmağa qərarına gəldilər (Starex) və kart nömrəsi istədilər.
3 ay keçib üstündən... Nə pul gəlib karta, nə də ki məlumat var... Zəng vurursan, eyni cavablar verirlər...
Nə məsləhət görə bilərsiniz? Hara şikayət edək? Pul da az deyil: 600 manata yaxın puldur..."