Maştağa rayonunda, 14 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 70 yaşlı qoca çarəsiz durumda qalıb.
Bu barədə "Sitat.info"ya həmin ətrafda yaşayan sakinlər danışıb.
Bildiriblər ki, ahıl yaşda olan kişinin səhhəti ilə bağlı ciddi problem var. Ayaqlarında qanqrena var.
Sakinlər kimsəsiz qocanın dövlət himayəsinə alınmasını xahiş edirlər.
"Bir həftədən artıqdır ki, bir neçə xəstəxanaya aparsaq da, heç kim xəstənin müalicəsi ilə maraqlanmır. İndi soyuq havada xəstəxananın həyətində qalır.
Ayaqlarındakı problem getdikcə dərinləşir. Xahiş edirik, hər hansı xəstəxana qocanı qəbul eləsin, aidiyyatı dövlət qurumu onu himayəsinə götürsün".
"DİA-AZ" kimsəsiz və çarəsiz qocanın videomüraciətini təqdim edir: