Partlayış baş verən “Bolluq” MMC ilə bağlı SENSASİON iddialar - Süni ağardılan QƏND, saxta DÜYÜ
Tarix: 8-10-2024, 15:25 | Çap et
 Xəbər verildiyi kimi ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Naziliyindən verilən ilkin məlumata görə ümumi sahəsi təxminən 40 mВІ olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb.
Bizim.Media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq LTD” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.
Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.
İstehsal olunan qəndlər sünu şəkildə ağardılır?
Qeyd edək ki, partlayış baş verən fialilda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.
Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?
Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.
Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.
Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.
Təhlükəsizlik qaydaları pozulur...
Görünən odur ki, şirkətin sözügedən filailında olduğu kimi “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yarada amillər olub. İddialara görə bu müəssisədə də digəri kimi qaz xəttində yıvli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb.
Maraqlısı odur ki, şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokuroluğu qarışıb.
Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərən “Bolluq” MMC-nin adı başqa qalmaqallarda da çəkilir.
Belə ki, "Bolluq LTD" reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.
Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb.
Saxta düyü istehsal olunur?
Bu azmış kimi “Bolluq” MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb. Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı “Bolluq” MMC ilə əlaqə yarada bilmirik. Zənglərimizə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, ya baş verən partlayışdan xəbərsiz olduqlarını, ya da bu barədə düz ünvana düşmədiyimizi bildirirlər.
Məlumat üçün bildirək ki, 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Bolluq LTD” MMC-nin direktoru Ağasəf İsgəndərovdur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04 |
|
|
|
| • Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01 |
|
|
|
| • Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59 |
|
|
|
| • Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36 |
|
|
|
| • Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33 |
|
|
|
| • “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22 |
|
|
|
| • “İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19 |
|
|
|
| • Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13 |
|
|
|
| • Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10 |
|
|
|
| • Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56 |
|
|
|
| • İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50 |
|
|
|
| • Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45 |
|
|
|
| • Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40 |
|
|
|
| • Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35 |
|
|
|
| • Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48 |
|
|
|
| • Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45 |
|
|
|
| • "...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26 |
|
|
|
| • "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14 |
|
|
|
| • “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10 |
|
|
|
| • Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Dünən, 15:07 |
|
|
|
| • Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Dünən, 15:05 |
|
|
|
| • Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Dünən, 15:03 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Dünən, 14:59 |
|
|
|
| • Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Dünən, 14:58 |
|
|
|
| • Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Dünən, 14:26 |
|
|
|
| • Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Dünən, 14:20 |
|
|
|
| • Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Dünən, 14:14 |
|
|
|
| • Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Dünən, 14:07 |
|
|
|
| • Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Dünən, 14:00 |
|
|
|
| • Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Dünən, 13:57 |
|
|
|
| • Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Dünən, 13:04 |
|
|
|
| • Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Dünən, 13:00 |
|
|
|
| • Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Dünən, 12:56 |
|
|
|
| • Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Dünən, 12:54 |
|
|
|
| • Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Dünən, 12:18 |
|
|
|
| • TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Dünən, 12:14 |
|
|
|
| • "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Dünən, 12:07 |
|
|
|
| • Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Dünən, 12:01 |
|
|
|
| • Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Dünən, 11:54 |
|
|
|
| • “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Dünən, 11:53 |
|
|
|
| • Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Dünən, 11:47 |
|
|
|
| • Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Dünən, 11:44 |
|
|
|
| • Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Dünən, 11:39 |
|
|
|
| • Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Dünən, 11:31 |
|
|
|
| • Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Dünən, 11:26 |
|
|
|
| • “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Dünən, 11:17 |
|
|
|
| • Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Dünən, 11:15 |
|
|
|
| • Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Dünən, 11:12 |
|
|
|
| • Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Dünən, 11:10 |
|
|
|
| • “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Dünən, 11:06 |
|
|
|
|