Ermənistanda internet resurslarında II Qaregini qınayan iyerarxlardan məktub yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, Paşinyan məktuba dərhal cavab verib.
Bəyanat hökumətyönlü kanallarda və media orqanlarında baş nazirin brifinqindən bir neçə dəqiqə əvvəl yayımlanıb. Paşinyan mətni dərhal alqışlayıb.
Brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini tənqid edən bəyanatı imzalayan yepiskoplarla görüşmək niyyətində olduğunu açıqladı.
Paşinyanın brifinqindən bir neçə dəqiqə əvvəl hökumətyönlü “Telegram” kanalları bir neçə iyerarxa aid edilən (imzalar ayrıca vərəqdə görünür - red.) və bütün ermənilərin katolikosu II Qareginin hərəkətlərini qınayan bir bəyanat yayıb. Xüsusilə, katolikosun Eçmiədzin Ana Taxtının dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanla bağlı qalmaqalı ört-basdır etməyə çalışdığı qeyd olunur. Məlumata görə, İstintaq Komitəsi arxiyepiskopun iştirak etdiyi iddia olunan qalmaqallı intim videonun həqiqiliyi ilə bağlı rəy verib. İstintaq Komitəsi öz rəyini rəsmi olaraq dərc etməyib.
Hakim “Mülki Müqavil”ə Partiyasının nəşri olan “Civic”-in sualına cavab olaraq Paşinyan bildirib ki, dövlət başçısı kimi bu bəyanatı alqışlayır. Onun sözlərinə görə, bu, kilsədə mənəvi missiyasına sadiq ruhanilərin olduğunu göstərir.
"Əgər Müqəddəs Atalar razıdırlarsa, mən bu gün onları bəyanata əsaslanan yanaşmalarını və mövqelərini anlamağa dəvət edəcəyəm. Mənim mövqeyim artıq məlumdur, burada yeni bir şey yoxdur", - deyə Paşinyan əlavə şərh verməkdən imtina edərək bildirib.










