Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                     Əməliyyata gülə-gülə girən qadın iflic oldu .....                     Keçmiş qondarma rəhbər imzasını danır .....                     Təcavüzün cəzası NƏDİR .....                     "Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" .....                     Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər .....                     Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? .....                     Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır .....                     Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                 

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Tarix: Bu gün, 15:45 | Çap et

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.

Musavat.com-un xəbərinə görə, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan son qanun layihəsi təsadüfi dəyişiklik deyil.

Onun sözlərinə əsasən, bu dəyişiklik dövlətin cinayət yolu ilə əldə olunmuş əmlaka münasibətində köklü dönüşü şərtləndirəcək:

“Əgər indiyədək cərimə sabit pul məbləği ilə müəyyən olunurdusa, artıq yeni mexanizmdə cinayətin predmetinin dəyəri əsas götürüləcək. Başqa sözlə, qanunsuz yolla milyonlarla gəlir qazanan bir şəxsin məsuliyyəti də eyni miqyasda ölçüləcək. İndiyə qədərki normada 4-8 min manat cərimə həddinin tətbiqi ilə həm xırda miqyaslı, həm də iri maliyyə cinayətləri eyni qəlibdə dəyərləndirilirdi. Bu, ədalət prinsipinə zidd idi. Bir tərəfdə az miqdarda qanunsuz pul dövriyyəsi həyata keçirən şəxs, digər tərəfdə isə yüz minlərlə, bəzən milyonlarla “çirkli pul” leqallaşdıran cinayətkar dayanırdı, lakin onların hər ikisinin üzərinə tətbiq olunan sanksiyanın ölçüsü bir neçə min manatla məhdudlaşırdı”.

Natiq Ələsgərov deyib ki, yeni yanaşma zərərin miqyasına proporsional cəzanı nəzərdə tutur:

“Cinayətin predmetinin 50-70 faizi məbləğində cərimə deməkdir ki, qanunsuz yolla qazanılan hər manatın azı yarısı, çoxu isə böyük hissəsi geri alınacaq. Bu, həm preventiv (qoruyucu), həm də repressiv (cəzalandırıcı) xarakter daşıyır. Dövlət qanunsuz qazanılan sərvətin sahibinə bir mesaj göndərir: sən qazansan da, həmin mənbənin üzərində uzun müddət otura bilməyəcəksən, çünki qanun səni yaxalayacaq. Əslində bu dəyişikliklərin fəlsəfəsində müasir dünyada gedən qlobal tendensiyalar dayanır. “Pul yuyulması” korrupsiya cinayətlərinin “ana arteriyası”dır.

Narkotrafikdən gələn gəlirlər, korrupsiyadan əldə edilən paylar, kölgə iqtisadiyyatının külli miqdarda vəsaitləri məhz leqallaşdırma prosesi olmadan hərəkət edə bilmir. Onu ya ofşor zonalara daşıyırlar, ya daşınmaz əmlak bazarında gizlədirlər, ya da maliyyə sisteminin qanuni institutları ilə qapalı əməliyyatlara cəlb edirlər.

Bu mənada Azərbaycan dövlətinin addımı həm milli təhlükəsizlik maraqlarından, həm də beynəlxalq öhdəliklərdən qaynaqlanır. Çünki biz FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tələblərinə cavab verməliyik. Əks halda ölkənin maliyyə imici zərbə alar, bank sistemi beynəlxalq bazarlarda şübhə ilə qarşılanar”.

N.Ələsgərov bildirib ki, yeni mexanizmin hədəfində təkcə cinayətkar dəstələr deyil, həm də korrupsiya yolu ilə dövlət büdcəsini talayan məmur təbəqəsi dayanır:

“Əgər sabit 8 min manatlıq cərimə yüksək vəzifəli, yüzminlərlə qazanc əldə edən şəxslər üçün xırda xərc idi, indi artıq həmin şəxslər əmlaklarını itirmək təhlükəsi ilə üz-üzədirlər. Bu, həm də antikorrupsiya siyasətinin hüquqi təminatı deməkdir. Əlbəttə, cəzanın yalnız maliyyə ölçüsü deyil, həbs müddəti ilə də gücləndirilməsi önəmlidir. Qanun layihəsi əvvəlki kimi 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Amma əsas yenilik cərimənin ölçüsündədir. Bu, gələcəkdə məhkəmə orqanlarının daha fərqli presedentlər formalaşdırmasına səbəb olacaq. Cinayət yolu ilə əldə edilmiş əmlakın “sığortalanması” dövrü bitəcək. Qanunsuz pulun iqtisadiyyata qanuni formada daxil olması əngəllənəcək. Dövlətin antikorrupsiya və cinayətkarlığa qarşı mübarizədə əli daha da güclənəcək. Qanunun sərt üzü yalnız kasıbların deyil, korrupsiya imkanları hesabına milyonlar sahibinə çevrilənlərə də işləyəcək. Burada artıq imtiyaz, mövqe, status fərqi yoxdur, qanunsuz qazancın dəyəri nə qədərdirsə, cəzanın çəkisi də o qədər ağır olacaq”.

Natiq Ələsgərovun sözlərinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə sanksiyaların dəyişdirilməsi Azərbaycan Cinayət Məcəlləsində vacib bir prinsipin həyata keçirilməsinə hesablanıb:

“Azərbaycan Cinayət Məcəlləsinə görə, cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə adekvat olmalıdır. Hazırda qüvvədə olan norma 4-8 min manat cərimə isə praktikada çoxsaylı ziddiyyətlər yaradır. Çünki bir halda cinayətin predmeti 10 min manat olur, digər halda 1 milyon manat. Amma tətbiq olunan cərimə eyni qalır. Bu isə ədalətlilik və proporsionallıq prinsipini pozur. Yeni layihə isə həmin boşluğu doldurur: artıq cinayətin predmetinin dəyəri əsas götürüləcək və cərimə 50-70 faiz aralığında hesablanacaq. Bu yanaşma, bir tərəfdən, iqtisadi cinayətlərin çəkisini daha dəqiq əks etdirir, digər tərəfdən, məhkəmələrə çevik qərarvermə imkanı yaradır. Qanunvericiliyin məntiqinə baxanda, burda yalnız repressiv element yoxdur. Bu, həm də maliyyə bərpası, yəni cinayət nəticəsində əldə olunmuş əmlakın dövlətə qaytarılması məqsədini güdür.

Beləliklə, dövlət yalnız azadlıqdan məhrumetmə vasitəsilə deyil, həm də iqtisadi alətlərlə cinayətkarlığa qarşı mübarizə aparmış olur. Praktiki nəticələrinə gəlincə, məhkəmə təcrübəsində mühüm dəyişikliklər gözlənilir. İri miqyaslı cinayətlər üzrə istintaq orqanları artıq predmeti daha dəqiq hesablamalı, ekspertizalardan istifadə etməli, maliyyə dəyərlərinin müəyyən olunmasına xüsusi diqqət ayırmalı olacaqlar. Çünki cərimənin miqdarı birbaşa həmin hesablamadan asılı olacaq.

Burada bir mühüm məqam da var: yeni dəyişiklik beynəlxalq standartlarla - xüsusən də “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına qarşı mübarizə” üzrə FATF tələbləri ilə üst-üstə düşür. Yəni bu, təkcə daxili hüquqi tələbatdan yox, həm də Azərbaycanın beynəlxalq öhdəliklərindən doğur.

Nəticə etibarilə, qanun layihəsinin qəbulundan sonra artıq heç kim “çirkli pullar”ın leqallaşdırılmasını ucuz qiymətə “sığortalaya” bilməyəcək. İri həcmdə cinayət yolu ilə əldə edilmiş əmlakın sahibləri daha ağır maliyyə yükü ilə üz-üzə qalacaqlar. Bu qanun layihəsi qəbul edilsə, Azərbaycanda korrupsiya və “pul yuyulması” ilə mübarizədə mühüm bir addım olacaq. O, artıq iri miqyaslı iqtisadi cinayətləri cəzalandırmaq üçün daha effektiv, ədalətli və beynəlxalq standartlara uyğun bir hüquqi mexanizm yaradacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özü və xanımı yenidən tələbə oldu
Bu gün, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Bu gün, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Bu gün, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Bu gün, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Bu gün, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Bu gün, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Bu gün, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Bu gün, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Bu gün, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Bu gün, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Bu gün, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Bu gün, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Bu gün, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Bu gün, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Bu gün, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru