Məlum oldğu kimi Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb. Görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün (dünən) qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Xankəndi şəhərində erməni əsilli vətəndaşın törətdiyi təxbribat nədən xəbər verir? Onun erməni agenti olması ehtimalı varmı? Bu hadisə bir daha ermənilərin revanşist və bizə qarşı barışmaz olduğunun isbatı hesab edilməlidirmi?
Mövzu ilə bağlı Real partiyasının sədri, siyasətçi Natiq Cəfərli Referans-a açıqlama verib. Natiq Cəfərli bildirib ki, əslində bu kimi məsələlərə hüquq - mühafizə orqanlarının istintaq zamanı üzə çıxardığı faktlar əsasında onların məlumat verməsi daha doğrudur.
Hadisəyə siyasi baxış
Xankəndi şəhərindəki bu hadisə böyük bir təxribatın tərkib hissəsi də ola bilər. Eyni zamanda da hansısa şəxsin psixoloji problemlərindən yaranan dırnaqarası qəhrəmanlıq da sayıla bilər. Ümumiyyətlə versiyalar çoxdur.
Natiq Cəfərlinin qənaətinə görə, problem ondan ibarətdir ki, bu məsələdə bir neçə sual meydana çıxır. Bir neçə ildir ki, erməni təbliğatı xəbər tirajlayırdı ki, Xankəndi ərazisində ümumiyyətlə heç bir erməni əsilli adam qalmayıb. Lakin əslində isə bu belə deyil. Beləliklə biz bu faktdan istifadə edərək erməni tərəfinin yalan informasiya verdiyini isbatlaya bilərik.
Partiya sədri onu da bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları öz işlərimi yüksək səviyyədə icra edirlər. Bu məsələdə də bu məqam öz təqdiqini bir daha tapdı. Bu hadisəyə isə konkret olaraq siyasi qiymət vermilməsini doğru hesab etmirəm.
"Düşünürəm ki, bu hər hansısa revanşist qüvvələrin dirçəlməsi məsələsi deyil. Amma bunun arxasında hansısa başqa qüvvələrin durması faktı varsa bu faktı hüquq- mühafizə orqanlarının əməkdaşları aşkar edəcəklər. Mən əminəm ki, hadisənin səbəbini istintaqdan sonra hər kəs biləcək. Çünki hadisəni törədən şəxs hazırda həbs edilib. İstintaq zamanı həmçinin maraq doğuran faktlar da ortaya çıxa bilər", - deyə Natiq Cəfərli əlavə edib.