Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                     Türkiyə-Ermənistan sərhədi açılır? .....                     Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı .....                     "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" .....                     Xankəndində terror: NƏYƏ İŞARƏDİR? .....                     NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim .....                     "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" .....                     Naxçıvanda daha bir narazılıq... .....                     Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                 

Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Tarix: Bu gün, 08:59 | Çap et

Xəbər verildiyi kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan “Kalaşnikov” avtomatı və 5 ədəd qumbara ilə Xankəndi şəhərində keçirilən tədbirə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub. Əməliyyat zamanı üç polis əməkdaşı yaralanıb.

Yayılan məlumatlardan belə aydın olur ki, Karen Avanesyan 1-ci Qarabağ müharibəsi dönəmində Azərbaycan Ordusuna qarşı döyüşüb. Hətta onun 21-22 yaşlarında olarkən Livanda gizli hərbi təlimlərə cəlb edilməsini təsdiqləyən videolar da yayılıb. Bəlli olur ki, onun hərbidə kod adı “tutuquşu Kakadu” olubmuş.

Qeyd edək ki, bu, Qarabağda antiterror əməliyyatından sonra baş verən ilk belə insidentdir. Sual yaranır: bu avantüra Avanesyanın öz beyninin “məhsuludur”, yoxsa onu buna vadar edən(lər) var?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, insidentlə bağlı bir neçə ehtimal nəzərdən keçirilməlidir: “Məşhur bir misal var, deyirlər, divardan tüfəng asılıbsa, o, gec-tez atəş açacaq. Xankəndidə erməni Karen Avanesyanın həyata keçirdiyi silahlı insidentin əsl səbəblərini istintaq üzə çıxaracaq. Amma Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra daha çox Azərbaycan ətrafında cərəyan edən təhlükəli hadisələrin təhlili göstərir ki, Xankəndidəki insident də sıradan bir erməninin törətdiyi cinayət deyil.

İlk baxışda iki versiya irəli sürmək olar: birincisi, Karen Avanesyan bu işə təkbaşına qərar verib, ikincisi, o, xüsusi tapşırıq yerinə yetirib. Birinci versiyanı təsdiq edə biləcək ehtimallar az deyil. Hadisəni törədən Karen Qarabağ müharibəsinin iştirakçısı kimi, əksər ermənilər tək hər zaman antitürk təbliğatının təsiri altında olub və bu nifrətin içində 58 yaşına çatıb. Belə birinin Azərbaycanda qalmasının səbəbi yurd məhəbbəti deyil, nə vaxtsa qisas almaq olub. Əlbəttə, Avanesyan meşədə silah-sursatı dünən deyil, yəqin ki, 2 il əvvəl - ermənilər kütləvi şəkildə Qarabağı tərk edəndə və yaxud Rusiya qoşunları Qarabağdan gedən ərəfədə gizlədib. O məqsədlə ki, nə vaxtsa bizlərə qarşı istifadə edəcək. Açığı, hesab edirəm ki, bu versiyanın həqiqət payı azdır.

Karenin bu məqsədə təkbaşına qərar verməsi inandırıcı deyil. Hesab edirəm ki, Avanesyan Qarabağda qalmaqla konkret tapşırıq yerinə yetirib. Bu tapşırığı kim verə bilər? Ehtimal edirəm ki, bu tapşırıq separatçı rejimin qondarma xüsusi xidmət orqanının və ya daşnakların tapşırığından daha çox, Rusiya hərbiçilərini daim müşayət edən Baş Kəşfiyyat İdarəsinin (QRU) xəttidir. Bunu istintaq aşkara çıxaracaq. Amma geosiyasi proseslərin indiki situasiyasında bu hadisə Rusiya xüsusi xidmət orqanlarının üslubuna daha yaxındır. Yatmış agent prinsipi var. Agent səbrlə gözləyir, düymə basılanda fəaliyyətə keçir. Karen Avanesyanın agent olması və onun tapşırıqla Xankəndidə qalması, silah gizlətməsi daha ağlabatan versiyadır. Xankəndidə tədbir ərəfəsi bu hadisənin törədilməsi də təsadüfi sayıla bilməz.

Son günlər Rusiya təbliğat maşını anti-Azərbaycan təbliğatında fərqli bir xətt yeritməyə başlayıb. Azərbaycanın iqtisadi cəhətdən tezliklə iflas səviyyəsinə çatacağı, Azərbaycanda işsizliyin getdikcə çoxaldığı və əhali arasında, xüsusilə gənclər içərisində guya narazılıqların artması barədə Rusiya geniş təbliğat kampaniyasına start verib. Rusiyada yaşayan həmvətənlərimizdən də istifadə edərək, onların dilindən rəsmi Bakıya etiraz səsləndirirlər. Azərbaycanın müstəqil siyasət yürütməsini, eyni zamanda Paşinyan hakimiyyətinin də Moskvanın çətiri altından çıxıb müstəqil və qərbyönümlü siyasət aparmasını Kreml qəbul etmədiyindən təzyiqlər artırılır. Son vaxtlar isə guya qarabağlıların doğma yurdlarına qayıtmaq istəmədiyi təbliğatının yer alması və Ermənistan mətbuatında da məhz ermənilərin Qarabağa qayıdacağına işarələr vurulmasını da təsadüfi saymaq olmaz.

Əsas məsələ odur ki, Qarabağda qalmağa qərar verən Karen yaşda istənilən erməni divardan asılan tüfəngdir. Ola bilsin, qoca, şikəst, təkbaşına yaşayan bir ermənidən belə bir cinayət gözlənilməsin. Amma unutmayaq ki, qucaq açdığımız erməninin arxa planda hər zaman qisas almaq istəyi var. Ehtiyatlı olmalıyıq".

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Karen Avanesyanın törətdiyi hərəkətlərində bir neçə cinayətin əlamətləri var: “Karen Avanesyanın polis əməkdaşına qarşı atəş açması, əl qumbarası atması və silahları qanunsuz saxlama faktları Azərbaycan Cinayət Məcəlləsinin 120, 228 və 318-ci maddələri üzrə qiymətləndiriləcək. Amma bu, yalnız başlanğıcdır. Əgər istintaq aşkar edərsə ki, onun məqsədi ictimai gərginliyi artırmaq, barışıq prosesini pozmaq olubsa, bu, artıq terrorçu niyyətlə törədilmiş qəsdən ağır zərər kimi qiymətləndiriləcək. Belə hərəkətlərə görə 15 ildən ömürlük həbsə qədər cəza verilə bilər.

Polis əməkdaşının yaralanması faktı isə məhkəmədə sanksiyaların maksimum sərt tətbiqi üçün əsas olacaq. Hüquq-mühafizə orqanları bu işdə heç bir güzəştə getməyəcək, çünki postmünaqişə bölgələrində hər bir silahlı avantüra həm hüquqi, həm də siyasi nəticələr doğurur. Polis əməkdaşına atəş açmaq və əl qumbarası atmaq açıq-aşkar cinayətdir. “Kalaşnikov” və qumbaraların gizli saxlanması da ayrıca cinayət təşkil edir. Əgər polis əməkdaşı yaralanıbsa, bu fakt daha ciddi cəza tətbiqinə yol açır".

Natiq Ələsgərov deyib ki, Azərbaycan qanunvericiliyində belə hallarda uzun müddətli həbs cəzası nəzərdə tutulur, xüsusilə terrorçu məqsəd və ya ictimai təhlükə yaradan əməliyyat olaraq gerçəkləşdirilməsi faktı ortadır. Məhkəmə terror məqsədli hücumun olduğunu təsbit etsə, bu, ömürlük və ya 15-20 ilədək həbs cəzasına səbəb ola bilər.

Natiq Ələsgərov Karen Avanesyanın niyə nəzarətdə saxlanılmaması ilə bağlı suala belə cavab verib: “Qarabağ bölgəsində postmüharibə dönəmində təhlükəsizlik tədbirləri intensiv olsa da, fərdi silahlı insidentlərin qarşısını 100 faiz almaq çətindir. Bununla belə, Karen Avanesyanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsi işğaldan azad edilən ərazilərə nəzarətin olduğunu göstərir. Azərbaycan polisi və hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində Karen Avanesyan çoxsaylı silah-sursata baxmayaraq, planını həyata keçirə bilməyib”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru