Beyin və onurğada əməliyyatlar tibdə ən riskli əməliyyatlar sayılır. İstənilən neyrocərrahi müdaxilə nevroloji qüsur və ya problemlə nəticələnə bilər.
Bakupost.az xəbər verir ki, belə xəstələrə əməliyyatdan sonra xüsusi dəstək tələb olunur.
50 yaşlı qadın pasiyent beynində nevroloji xoşxassəli şiş əməliyyatına gülə-gülə gedəndə ağlına gəlməzdi ki, iflic və üz deformasiyası ilə həyatı kabusa dönəcək. Belə əməliyyatlarda şiş sinirləri sıxdığı və törəmə sinirin daxilindən keçdiyi üçün risklər gözləntiləri aşır. Birtərəfli iflic, üzdə assimmetriya və gözdə problem - əməliyyatdan sonra xəstəni həyatdan küsdürüb.
Insult, iflic, əməliyyat sonrası nevroloji qüsurlar, sinir problemləri münkün qədər tez, vaxt itirmədən başlanılmalıdır. Bunun üçün nevroloq, fizioterapevt, reabilitoloq müayinəsi və müalicəsi kompleks şəkildə icra olunmalıdır.
Pasiyent artıq simasının əvvəlki forması və görünüşünə qayıdacağı günü gözləyir və bundan sonrakı mərhələdə bəzi kosmetik müdaxilələr də oluna bilər.
Ətraflı BTV-nin video materialında: