Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                     İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: .....                     Kremlin səssizliyinin pərdəarxası .....                     Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib .....                     Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir .....                     "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" .....                     Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi .....                     “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” .....                     Fermerlərin AQTA KABUSU... .....                     Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... .....                     Jurnalistə ağır itki üz verib .....                     İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib .....                     Paşinyan hücuma hazırlaşır: .....                     Aşıq Fəzail TƏNQİD ETDİ: .....                     Putinin enerji mühasirəsi dağıldı: .....                     Ordubad rayonu üçün zibildaşıyanlar alınır .....                     İki od arasında .....                     Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir .....                     Bu xəstəxanaya yeni direktor təyin edildi .....                     Masallıda pomidor sahələrdə qalıb .....                     Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU .....                     MİDA-nın mənfəəti üç dəfə azalıb .....                     “Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı .....                     AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ .....                     Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır .....                     Abdullah Öcalana belə oyun oynadılar .....                     Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... .....                 

Doğrudanmı, Azərbaycan Rusiya ilə münasibətləri kəsməlidir?! - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:18 | Çap et

Məlum olduğu kimi, Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyalar paketi "kölgə donanması"nın daha 105 gəmisinə də təsir edir. Onlar Avropa İttifaqı ölkələrinin limanlarına buraxılmayacaq, onlara müvafiq texniki xidmətlər göstərilməyəcək. Bundan məqsəd sanksiya altında olan Rusiyanın neftinin daşınmasını və satılmasını əngəlləməkdir.

Məlum olub ki, sanksiya altına düşən həmin tankerlər arasında "Şuşa", "Qarabağ", "Nizami Gəncəvi" tankerləri də var. Daha əvvəl isə "Zəngəzur" gəmisi Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalarının təsiri altına düşüb.

Azərbaycan hakimiyyətinə qarşı tənqidçi mövqedən çıxış edən blogerlər öz paylaşımlarında bu mövzuya geniş yer ayırır, rəsmi Bakının guya Rusiyanı sanksiyalardan yayındırması barədə iddialar irəli sürürlər. Hətta buna görə beynəlxalq təşkilatlardan Azərbaycanı cəzalandırmağı istəyənlər də var.

Araşdırmalar isə göstərir ki, adları çəkilən gəmilər müxtəlif özəl şirkətlərə məxsusdur, onlar Azərbaycan dövlətinin mülkiyyətində deyillər. Müxtəlif ölkələrin bayraqları altında üzən bu tankerlər, əsasən, Rusiya ilə Türkiyə arasında hərəkət ediblər. Adlarının "Şuşa", "Qarabağ", "Zəngəzur", "Nizami Gəncəvi" olması hələ o demək deyil ki, bu gəmilər tam və ya qismən Azərbaycana məxsusdur.

Məsələn, ixtisaslaşmış mötəbər Balticshipping resursunun məlumatına görə, "Nizami Gəncəvi" gəmisi "Palmali Shipping Service"şirkətinə mənsub olub. "Palmali Holding" də bildirib ki, bu gəmi əvvəl "Lənkəran" adlanıb, Holdinq onu başqa şirkətə satıb, həmin şirkət isə adını dəyişib, "Nizami Gəncəvi" qoyub.

Hansısa Azərbaycanlı iş adamları gəmilər Yaponiyada, Cənubi Koreyada, başqa ölkələrdə müxtəlif təyinatlı gəmilər inşa etdiriblər, onlara Azərbaycanın tarixi-coğrafi ərazilərinin, yaxud böyük şəxsiyyətlərinin adlarını veriblər. Həmin gəmilərlə Rusiya neftini də daşıya bilərlər, başqa ölkənin neftini də. Həmin "Palmali Holding"ə məxsus gəmilər arasında Məhəmməd Əmin Rəsulzadənin, Polad Həşimovun adlarını daşıyanlar da var. Bu şirkət isə Azərbaycana məxsus deyil, sadəcə, onun sahibi olan iş adamı - Mübariz Mənsimov Azərbaycan əsillidir. Bu qədər.

Bütün bunlara görə Azərbaycan dövlətini məsul tutmaq nə dərəcədə doğrudur, bunu artıq həmin ittihamları irəli sürənlər əsaslandırmalıdır.

Ümumiyyətlə, "kölgə donanması" adlandırılan həmin şəbəkəyə 444 gəmi daxildir. Onların arasında Avropa İttifaqına üzv ölkələrindən olan iş adamlarının təsis etdikləri şirkətlərin gəmiləri də var. Həmin şəxslərə və şirkətlərə görə Avropa İttifaqı da məsuliyyət daşımalıdırsa, deməli, özü özünə sanksiya qoyub?! Bəzi Azərbaycanlı siyasi blogerlərin "məntiq"indən belə çıxır. Bu isə, əlbəttə ki, absurddur. Dövlətlə özəl şirkətin fərqini öyrənmək bu qədər çətin olmamalıdır axı.

Yeri gəlmişkən, Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmayıb. Bundan əvvəl İrana qarşı da beynəlxalq sanksiyalar olub, Gürcüstana, Türkiyəyə qarşı da sanksiyalar olub. ABŞ, yaxud Avropa İttifaqı sanksiya tətbiq edir deyə Azərbaycan bütün qonşuları ilə bütün iqtisadi-ticarət əlaqələrini dayandırmalıdır?! Yaxud Çinə də qarşı belə sanksiyalar olur, başqalarına da qarşı olur. Azərbaycan onda heç kiminlə əlaqə saxlamasın?! Heç kimə salam verməyək?!

Araşdırmadan-soruşdurmadan Azərbaycan dövlətini guya Rusiyanı sanksiyalardan yayındırmaqda ittiham edən siyasi tənqidçilərə belə bir sualımız var: Ermənistanla Rusiya arasında həndəsi silsilə ilə artan ticarət dövriyyəsinə niyə diqqət etmirlər?! Həmin blogerlər, yaxud siyasətçilər Avropa İttifaqının özünə sual versinlər: Avropa Komissiyası niyə Ermənistana 2,5 milyard avro yardım ayırmaq qərarı verib?! Axı Ermənistan açlq-aşkar Rusiyanı həmin Avropa İttifaqının sanksiyalarından yayındırır. Buna göz yumulur, hələ üstəlik Ermənistana dəstək göstərilir. Niyə?!

Ermənistanı da qoyuram bir kənara. Avropa İttifaqının öz rəsmi statistika xidmətinin məlumatlarına görə, İttifaq, onun üzv ölkələri hələ də Rusiyanın ticarət tərəfdaşları olaraq qalırlar. Məsələn, 2024-cü ildə Fransa ilə Rusiya arasında mal dövriyyəsi 9,4 faiz, Sloveniya ilə Rusiya arasında qarşılıqlı ticarət isə iki dəfə artıb.

Sloveniya deyək ki, kiçik ölkədir. Bəs Avropada birinci iqtisadiyyat olan Almaniyaya nə söz?! Almaniya Federativ Respublikası hələ də Avropada Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Doğrudur, bu iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 13 faiz azalıb, ancaq hələ də 684,5 milyon avro dəyərində alış-veriş var. İkinci yerdə Macarıstandır; Rusiya ilə ticarət 16 faiz artıb (qarşılıqlı mal dövriyyəsinin həcmi 551,5 milyon avro). İtaliya isə 436,9 milyon avroluq göstərici ilə Rusiyanın Avropada üçüncü ən böyük ticari tərəfdaşıdır.

Bu, 2025-ci ilin aprel ayına olan məlumatlardır və Avropa İttifaqının özünün açıqladığı rəsmi statistikadır.

Macarıstanı anladıq; Avropa İttifaqının antiRusiya siyasətinə qoşulmur. Bəs Fransa, Almaniya?! Bunlar da Avropa İttifaqının üzvləridir. Həm də İttifaqda həlledici söz sahibi olan lokomotiv dövlətlərdir.

Bir yandan, Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən bu dövlətlər o biri yandan, Rusiya ilə hələ də alış-veriş edirlər. Rusiyanı Avropa İttifaqının sanksiyalarından yayındırmaqda, Ukraynaya qarşı müharibə üçün Moskvaya pul qazandırmaqda ittiham edərək, həmin İttifaqdan Azərbaycana qarşı sanksiya istəyənlər buna nə deyir?! Elədirsə, Brüsseldəki məmurlar əvvəlcə Almaniyaya, Fransaya sanksiya qoysunlar. Çünki belə çıxır ki, özləri Rusiyanı öz qoyduqları sanksiyalardan yayındırmaqla məşğuldurlar.

Çox qəribədir: Avropa İttifaqının İtaliya kimi böyük bir üzvü Rusiyaya münasibətdə mümkün olduğu qədər Brüsseldən müstəqil siyasət yürüdür, amma Azərbaycanda bəzi siyasi şəxslər, blogerlər deyir ki, Azərbaycan mütləq Rusiya ilə bütün münasibətləri kəsməlidir. Bu cür maksimalist yanaşmaların, U dönüşlərinin Azərbaycana hansı zərəri vuracağı belə həmin tənqidçiləri, deyəsən, heç maraqlandırmır da. Əsas odur, iqtidar çətinə düşsün.

Başa düşürəm, müxalifətin işi hakimiyyətə gəlmək üçün çalışmaqdır. Buna görə də iqtidarı tənqid edəcək, onun qərarlarını sorğulayacaq və sair. Bunlar normaldır, hətta lazımdır da. Ancaq, məsələn, Ukraynaya görə Azərbaycanın Rusiya ilə bütün əlaqələrini kəsməsini tələb etmək absurddur. Ermənistan Azərbaycanın ərazisini zəbt və talan edəndə, 30 il işğal altında saxlayanda, Ukrayna Ermənistanla bütün əlaqələri kəsmişdi?! Yox! Bəs onda niyə Azərbaycan müxalifəti tələb edir ki, Rusiya ilə müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamə denonsasiya edilməlidir?!

Rusiyanın antiAzərbaycan siyasəti, son dövrlərdəki davranışları fonunda, bəli, Azərbaycan təbii olaraq bəlli siyasi məsafəyə çəkilib. Ancaq bu, hələ bütün siyasi münasibətləri dayandırmaq zərurəti demək deyil. Siyasət rasional yanaşmaıar tələb edir, emosionallığı, impulsivliyi sevmir. Siyasi cığallıq, cırtqozluq siyasətdə keçmir. Siyasət artıq çoxdan dəqiq elmdir. Bunu çoxdan yazmışam, demişəm.

Bəli, Rusiyanın xüsusilə son dövrlərdəki davranışlarından Azərbaycan hakimiyyəti də, cəmiyyəti də haqlı olaraq narazıdır. Ancaq bunlara görə hər şeyə bir gündə nöqtə qoymağı tələb etmək (həm də Ukraynaya görə!) siyasi kompetensiyadan uzaq bir yanaşmadır.

Yeri gəlib, onu da deyək: Azərbaycan artıq Ukraynaya qaz ixrac etməyə başlayıb. Bu, bir ilkdir. Siyasətdə real addımlar belə atılır, söz oyununa qalsa, onu hamı bacarar...

  Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Bu gün, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Bu gün, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Bu gün, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Bu gün, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Bu gün, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Bu gün, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Bu gün, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Bu gün, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Bu gün, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Bu gün, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Bu gün, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Bu gün, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Bu gün, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Bu gün, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Bu gün, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Bu gün, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Bu gün, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Bu gün, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Bu gün, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Bu gün, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Bu gün, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Bu gün, 12:05
Jurnalistə ağır itki üz verib
Bu gün, 12:00
İsrafetmədə təqsirləndirilən məktəb direktoru cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:56
Paşinyan hücuma hazırlaşır: - Sürprizlər olacaq
Bu gün, 11:54
Aşıq Fəzail TƏNQİD ETDİ: - “Populyarlıq sənətkarlıq deyil”
Bu gün, 11:50
Putinin enerji mühasirəsi dağıldı: - Bakı Kiyevə təkcə qaz yox, mesaj da verir
Bu gün, 11:43
Ordubad rayonu üçün zibildaşıyanlar alınır – 900 min xərclənəcək
Bu gün, 11:35
İki od arasında – Deputatın 13 il əvvəl dediyi söz hələ də aktualdır
Bu gün, 11:33
Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir - İNCƏLƏMƏ
Bu gün, 11:28
Bu xəstəxanaya yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
Masallıda pomidor sahələrdə qalıb - Fermerlər məhsulu sata bilmirlər
Bu gün, 11:23
Ruslar azərbaycanlı iş adamının obyektini VİRAN QOYDU - FOTO
Bu gün, 11:18
MİDA-nın mənfəəti üç dəfə azalıb
Bu gün, 11:15
“Azconstruction” 46 milyon manatlıq dövlət sifarişi qazandı - TƏFƏRRÜAT
Bu gün, 11:11
AVTOMOBİL ALMAQ İSTƏDİ, DƏLƏDUZLUQLA ÜZLƏŞDİ - Şəmkir sakini məhkəmə qərarının icra olunmamasından şikayətçidir...
Bu gün, 11:08
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qətnamə Qafqazda sülhə qarşıdır - RƏY
Bu gün, 10:59
Abdullah Öcalana belə oyun oynadılar - ŞOK DETAL
Bu gün, 10:56
Putinin dostu... Putinin dizinin dibindədir: Yerdə qalanlar VƏTƏNƏ DÖNÜR... - FAKT BUDUR!
Bu gün, 10:45
Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:35
FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Bu gün, 10:33
Bulvar İdarəsinin 12 milyon yeyintidə ittiham olunan keçmiş rəisinin vəkili: - “Adamlar SMS-lə küçəyə çıxanda 12-13 min adam gəmiyə minə bilməzdi...”
Bu gün, 10:25
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ... - İLGİNC
Bu gün, 10:22
Xəzər rayonunun həbsdə olan keçmiş hərbi komissarı: - “Qulaqlarımın heç birində pərdə yoxdur”
Bu gün, 10:18
Paşinyanın əsas hədəfi hakimiyyətini qorumaqdır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:13
150 yaşlı qocanın dəfnindən REPORTAJ... - diqqətlə oxuyun...
Bu gün, 10:10
Həbsdəki jurnalist xanımlar aclığı dayandırıb - AÇIQLAMA
Bu gün, 09:53
İran prosesin qarşısını ala bilməyəcək - ÇÜNKİ...
Bu gün, 09:47
“İncəsənət sahəsində təqaüd yaşı olmamalıdır” - Rasim Balayev
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru