Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tender “Sərnişin yük avtomobilləri”nin (pikap) satınalınmasını əhatə edir. Tenderin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN: 3101648411) olub.
Şirkətlə bağlanan müqavilənin dəyəri 133 600 AZN təşkil edir və iki ədəd pikap avtomobili satın alınacaq. 1 ədəd avtomobil 66 800 manata başa gəlib.
Qeyd edək ki, “Toyota Abşeron Center” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elşən Əhmədov Mahmud oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, ev 6-cı km ünvanında yerləşir.