“Caspian Finance BOKT” MMC-nin Müşahidə Şurasına yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Əhməd Məmmədov Əlimirzə oğlu bu vəzifəyə təyin edilib.
Hazırda Müşahidə Şurasına Məntiq Şahbazov Məşhur oğlu rəhbərlik edir. Üzvlərdən digəri isə İmam Qədimquliyev Eyyub oğludur.
Xatırladaq ki, “Caspian Finance BOKT” MMC 2022-ci ildə təsis edilib və 10 milyon manat nizamnamə kapitalına sahibdir. BOKT-nin nizamnamə kapitalının 90 faizi Bənövşə Məmmədova, 5 faizi Məntiq Şahbazova və 5 faizi isə Ziyafət İsgəndərova məxsusdur.