Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                 

Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Tarix: Bu gün, 09:44 | Çap et

Erməni mediası Bakıda məhkəməsi gedən, Azərbaycana qarşı ağır cinayətlərdə ittiham olunan Ruben Vardanyanla bağlı maraqlı xəbər yayıb. “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa Vardanyanın azadlığa buraxılmasına kömək xahiş edən məktub göndərməkdən imtina edib.

Nəşr bildirir ki, ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələri Trampın ətrafı ilə danışıqlar aparıb və onun kürəkəni ilə əlaqə yaradıblar. İddialara görə, Tramp İrəvandan rəsmi müraciət olarsa, vəziyyətə müdaxilə etməyə hazır olduğunu söyləyib. Ardınca Vardanyanın ailəsi Vaşinqtondakı səfir Lilit Makunts vasitəsilə Ermənistanın baş nazirinə müvafiq məktub göndərib. Lakin rədd cavabı alıb. Paşinyan hökumətindən bildirilib ki, belə bir addım Azərbaycanla sülh sazişinin imzalanması prosesinə zərər verə bilər.

Hələ ki Ermənistan hökumətindən iddiaya reaksiya verilməyib. Ancaq şübhə yox ki, radikal müxalifət və onun mediası, eləcə də erməni lobbisi bu yolla Paşinyanı fakt qarşında qoymaq və daxildə onun haqqında antimilli rəhbər, “satqın” imicini gücləndirmək istəyir.

Bəs Tramp Rusiyanın “desantı” sayılan, vaxtilə Ermənistanda hakimiyyəti ələ keçirmək niyyətini gizlətməmiş bir adam üçün Bakıdan xahiş-minnət edərmi? Edərsə, cavab nə olar? Paşinyan Trampa Vardanyan üçün məktub göndərməməklə düzmü edib və məktub göndərməkdən niyə imtina edib?

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu məsələdə əsas hədəf Azərbaycandır: “Azərbaycana müxtəlif yollarla, Ruben Vardanyan bəhanəsi ilə təzyiq göstərmək istəyirlər. Erməni diasporu hiyləgərlik edir. Bilirlər ki, əgər Donald Tramp Vardanyan üçün Azərbaycana müraciət etsə, Azərbaycan bu müraciətdəki istəyi yerinə yetirsə də, Azərbaycanın ziyanınadır, imtina etsə də. Birinci variantda Azərbaycanın qətiyyətli mövqeyindən geri çəkildiyi, cinayətkarı azad etdiyi və erməni diasporunun istədiyinin olduğu durum yaranır. İkinci variantda Donald Tramp Azərbaycandan onun müraciətinə müsbət cavab verilmədiyi üçün inciyir və Azərbaycanla ən azı bir müddət soyuqluq yaranır. Ermənilər hesab edirlər ki, hər halda, qazanan tərəf ermənilər olur. Məhz buna görə də Trampa təsir etmək və istədikləri müraciətin ünvanlanmasına nail olmaq üçün yol axtarırlar. Eyni zamanda erməni diasporu və onlara bağlı olan dələduzlar Ruben Vardanyanın pullarını əldə etmək üçün müxtəlif oyunlar qururlar. Qeyd etdiyimiz çabalarında bu amil də rol oynayır. Vardanyan elə bilir ki, çoxlu pulu olduğu üçün sağa-sola pul paylamaqla beynəlxalq müstəvidə kimlərəsə təsir edəcək və təsir etdiyi şəxslər, təşkilatlar Azərbaycana təzyiq göstərəcək və Azərbaycan onu azad edəcək. Ənənəvi erməni ağılsızlığı burada da özünü göstərir. Ruben və onun dəstəkçiləri unudurlar ki, Azərbaycan qətiyyətli mövqeyindən geri çəkilməyəcək”.

Həmsöhbətimizin fikrincə, Donald Trampın ermənilərin müraciətinə İrəvandan rəsmi məktub gəlməsi cavabını verməsi əslində o deməkdir ki, ABŞ lideri bu işə qol qoymaq istəmir. Nikol Paşinyanın da Vardanyana görə Trampa məktub göndərməkdən imtina etməsi onun Trampın mövqeyini bildiyindən və Vardanyanın azadlığa çıxmasını istəmədiyindən irəli gəlir.

Akif Nağının fikrincə, Paşinyan Trampa müraciət etməməklə düzgün qərar verib: “Paşinyan da başa düşür və məntiqlə izah edir ki, onun cinayətkarın azadlığa buraxılması üçün müraciət etməsi Azərbaycanla sülh prosesinə mane ola bilər. Erməni baş nazir anlayır ki, belə bir müraciət etməsi Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanacaq. Paşinyan tək Ruben Vardanyanla bağlı deyil, həmçinin Bakıda həbsdə olan digər erməni canilərlə bağlı da ehtiyatlı, müəyyən mənada obyektivliyə yaxın bir mövqe tutur, məsələni Ermənistanın siyasi gündəmində saxlamaq yolunu tutmur. Bu məsələni gündəmdə saxlamaq xəttini revanşist ermənilər, erməni müxalifəti, onlara bağlı diaspora təşkilatları və Azərbaycana düşmən mövqeyində olan xarici qüvvələr, muzdlu konqresmenlər tuturlar”.

A.Nağı qeyd etdi ki, əslində Donald Trampın da dolayısı ilə ermənilərə “yox” cavabı verməsinin arxasında Azərbaycanla Ermənistan arasında sülh prosesinə problem yaratmamaq məntiqi də dayanır.

Partiya sədri hesab edir ki, eyni zamanda erməni müxalifətinə bağlı olan xaricdəki emənilər Nikol Paşinyanı da fakt qarşısında qoymaq istəyirlər. Erməni xalqında Paşinyanın erməni milyarderin azadlığa çıxması üçün heç bir iş görmədiyi rəyini yaradıb ona qarşı narazılıq formalaşdırmağı hədəfləyiblər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru