"Bank Avrasiya" ASC cari ilin ilk yarısının yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, hesabata əsasən, bank tərəfindən müştərilərə verilmiş xalis kredit portfeli 120,2 milyon manat təşkil edərək 2,9 milyon manat (2,3%) azalıb.
Portfel daxilində istehlak kreditləri 17,2 milyon manata yüksələrək 2,7 milyon manat (18,4%) artsa da, biznes kreditləri 57,6 milyon manata enərək 4,9 milyon manat (7,9%) azalıb. pizza
Daşınmaz əmlak kreditləri isə 58,5 milyon manat təşkil edərək 643 min manat (1,1%) azalıb.