Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski rayon məhkəməsi 6 azərbaycanlı barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Kamal, Akif, Ayaz, Məzahir və Bəkir Səfərovlar, həmçinin Əhliman Gənciyev həbsdə qalıblar. Onların barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti oktyabrın 19-dək uzadılıb.
Daha iki nəfər – Əziz Abasov və Şahin Lalayev barəsində həbs-qətimkan tədbiri ilə bağlı materiallara iyulun 16-da Verx-İsetski Məhkəməsində baxılacaq.
Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirilib. Nətidədə 50-dən çox həmyerlimiz saxlanılıb. Bu zaman onlardan ikisi – Səfərov qardaşları ölüblər. Onlar 24 il əvvəl kafedə digər azərbaycanlı Yunis Paşayevi öldürməkdə ittiham olunurlar.