Rusiya prezidenti Vladimir Putin bildirib ki, rus qadınları adətən orta hesabla 28 yaşında ilk övladını dünyaya gətirirlər və daha çox şeyə gücləri çatmır.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin bu barədə Maqnitoqorsk Dəmir-Polad Zavodunda işçilərlə söhbəti zamanı danışıb.
"Qadınlarımızın ilk övladı orta hesabla 28-29 yaşında dünyaya gəlir. Körpəni bir az böyüdürlər, sonra ikinci və ya üçüncü uşaq üçün nə vaxt qalır, nə də güc", - deyə Putin dolayı ilə Rusiyada demoqrafik problemin olduğunu dilə vətirib.