"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin Baş direktoru dəyişib.
ASC-nin Baş direktoru vəzifəsinə Vəliyev Emin Tofiq oğlu gətirilib. O, bu vəzifədə Rəşad Daşdəmirovu əvəzləyib.
Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır. Ötən ay ASC-nin Direktorlar Çurasının tərkibinin yenidən seçilməsi və təsdiqi məsələsi səhmdarlarının növbəti illik ümumi yığıncağında müzakirə edilib.
Hazırda ASC-nin Direktorlar Şurasında sədr vəzifəsində Həşimov Zaur Rafiq oğlu Vəliyev, üzvlər sırasında isə Şükürova Əzizə Balasoltan qızı, Məmmədov Ədalət Qardaşxan oğlu və Qafarova Fatma Surxay qızı təmsil olunur.
iqtisadiyyat.az