Ermənistan hökumətinin yüksək rütbəli nümayəndələri ciddi şəkildə hazırlıq aparır və iyulun 12-də keçiriləcək hakim "Vətəndaş sazişi"("VS") partiyasının siyasi yığıncağını təşkil edirlər. Məlumata görə, baş nazir Nikol Paşinyan bu dəfə yığıncağın Gorus şəhərində keçirilməsini qərara alıb.
Moderator.az xəbər verir ki, bu haqda "Johovurd" qəzeti məlumat yayıb.
Hökumətə yaxın mənbələrə əsasən, Paşinyan özü yığıncağı idarə edəcək. Bütün partiya rəhbərliyi, o cümlədən nazirlər, Milli Məclisin "VS" fraksiyasının deputatları, daimi komissiyaların rəhbərləri, müavinlər, partiya fraksiyasının rəhbəri, katib, vilayət rəhbərləri və yerli icra hakimiyyətinin başçıları da tədbirdə iştirak edəcəklər.
Gündəm məsələləri arasında 2026-cı ildə keçiriləcək parlament seçkiləri, hökumət-kilsə münasibətləri və sentyabrda "VS" partiyasının yeni rəhbərliyinin seçilməsi məsələləri yer alacaq.
Əlavə edək ki, Ermənistanın Gorus şəhəri Azərbaycan Respublikasının Laçın şəhəri ilə yaxın məsafədə, demək olar ki, qonşuluqda yerləşir. Sovet dövründə bu coğrafi yaxınlıq, hər iki şəhər arasında sıx əlaqələrin olmasına şərait yaradıb...