“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                 

Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Tarix: Bu gün, 06:11 | Çap et

Bu gün sizə Azərbaycanın strateji cəhətdən ən önəmli rayonlarından biri olan Sədərək bölgəsindən danışmaq istəyirik. Tarixi baxımdan əhəmiyyətli olan bu bölgə Ermənistanla sərhəddə yerləşir və illər boyu müxtəlif münaqişələrə şahidlik edib. Sədərək eyni zamanda Azərbaycanın həm Türkiyə, həm də İranla birbaşa sərhədi olan yeganə yaşayış məskənidir.

Buradan başlayan yollar təkcə ticarət yolları deyil, həm də birliyin, gücün və gələcəyin yollarıdır. Sədərəyin Azərbaycan üçün həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan strateji əhəmiyyətini ümumilli lider Heydər Əliyev zamanında yüksək qiymətləndirmişdir:

“Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək, Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm.”

Zaman irəlilədikcə, Azərbaycan inkişaf etdikcə, qüdrətləndikcə isə Sədərəyin önəmi daha da artır. Prezident İlham Əliyevin müvafiq sərəncamla təsdiq etdiyi Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramına əsasən, Sədərək rayonu azad iqtisadi zonaya çevriləcək. Bu Dövlət Proqramı təkcə iqtisadi layihə deyil, həm də gələcək naminə verilmiş strateji qərardır. Beləliklə, bu gün Sədərək yeni bir dövrə qədəm qoymağa hazırdır: bu, azad iqtisadi zona (AİZ) dövrüdür. Bəs azad iqtisadi zona nə deməkdir?

Azad zona, başqa adla desək, “franko zona” dedikdə ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə həmin məhsullar gömrük nəzarətindən keçirilmir – vergiyə cəlb edilmir.

İqtisad üzrə fəlsəfə doktoru Cəbrayıl Vəliyevin fikrincə, AİZ yerləşdiyi ərazinin sosial-iqtisadi inkişafına böyük töhvə verir:

"Belə ki, AİZ olan bölgədə biznes üçün daha münbit şərait yaradılır ki, bu da xarici investorların həmin bölgəyə cəlbediciliyini artırır”.

Bu gün blokada şəraitində olan Naxçıvan MR üçün belə bir şəraitin yaradılması çox vacibdir. Əgər Sədərək azad iqtisadi zonaya çevrilərsə, bu bölgə nəinki Azərbaycanın, həm də türk dünyasının və İpək yolu marşrutunun iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.

Qeyd edək ki, Sədərək hələ orta əsrlərdə ticarət yollarının kəsişdiyi bir məntəqə olmuşdur. Ərazidə "Divhörən" adlı siklop tikili qalıqları və "Sədərək qalası" kimi tarixi abidələr yerləşir .

Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov qeyd edir ki, çoxumuz üçün Sədərəyin rayon kimi tarixi 28 avqust 1990-cı ildən başlayır. Lakin bu yaxınlarda tədqiqata cəlb edilən bir sənəd sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq desək, hələ 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti AMEA Naxçıvan Bölməsinin elmi arxivində fond 8, siyahı 4, arxiv 5-də saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir ki, bu rayonlardan biri də məhz Sədərəkdir. Qeyd edək ki, sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır”.

Sədərək rayonu Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında birbaşa quru sərhədi olan yeganə Azərbaycan ərazisidir. Bu sərhəd Ümid körpüsü vasitəsilə İqdir vilayəti ilə birləşir. Sədərək rayonu həmçinin Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə yanaşı, İranla da həmsərhəddir. Geostrateji mövqeyi, dəmir yolu infrastrukturu və Zəngəzur dəhlizinin son nöqtəsi kimi çıxış etməsi onu ölkənin Qərb qapısı halına gətirir.

İqtisad üzrə fəlsəfə doktoru Fuad İbrahimov bildirir ki, əgər Zəngəzur dəhlizi hərəkətə gələrsə, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən kommunikasiya dəhlizlərinin paralel diversifikasiya olunmuş variantı məhz Sədərək üzərindən keçməlidir”.

Ürək ağrısıyala deməliyik ki, müharibə illərindəki təhlükələr və iqtisadi perspektivlərin məhdudluğu səbəbindən bölgədən əhəmiyyətli sayda əhali köç etmişdir. Əgər burada azad iqtisadi zona yaradılarsa, bu həm də fabrik və zavodların, logistika mərkəzlərinin, emal müəssisələrinin və digər iş yerlərinin açılması deməkdir. Ki, bu da yerli əhalinin öz dədə-baba torpaqlarına geri dönməsini sürətləndirəcək. Sərhədin yaşayan və işləyən əhali ilə güclənməsi orada dövlətin daimi varlığını möhkəmləndirəcək.

Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə: “Sədərəkdə AİZ yaradılması həm də bölgə üçün sülhün və sabitliyin qarantı olacaq. Ona görə ki, uzunmüddətli sülh üçün ünsiyyətin olması vacib şərtdir. Xalqlar arasında ünsiyyətin ən vacib şərtlərindən biri isə ticarətdir”.

Sədərəyin AİZ-ə çevrilməsi təkcə iqtisadi deyil, həm də geosiyasi mövqeyimizi gücləndirəcək. Belə ki, İran və Türkiyə ilə paralel iqtisadi əlaqələrin gücləndirilməsi bölgədə diplomatik balans yaradacaq. Türkiyə və İranla sərhəd buranı iki regional bazara birbaşa çıxış nöqtəsinə çevirir. Belə zona yaradılarsa, Sədərək də Ələt kimi beynəlxalq status ala bilər. Bu zonanın güclü iqtisadi baza ilə dəstəklənməsi, təkcə sərhədin yox, həm də dövlətçiliyin qorunmasıdır. Türk dövlətlərini birləşdirən Orta dəhliz Bakıdan İstanbula, oradan Mərkəzi Asiyaya qədər uzanacaq ki, burada da əsas mərkəz rolunu Sədərək təşkil edəcək. Unutmayaq ki, burada dəmir yolu, Türkiyə ilə logistik bağ və İranla ticarət körpüsü var. Bu səbəbdən Sədərəyin azad iqtisadi zonaya çevrilməsi milli strateji zərurətdir.

Sədərək hüquqi və tarixi baxımdan Azərbaycanın yalnız sərhədi deyil, onun Qərbə çıxış nöqtəsidir. Bu status bu gün yenidən aktuallaşır. Sədərək Zəngəzur dəhlizinin nəfəsi, türk dünyasının yeni iqtisadi bağıdır.

Sitat.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Bu gün, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Bu gün, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Bu gün, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru