"Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxsi "Auto Azərbaycan" MMC ilə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, müqavilənin dəyəri 880 000 manatdır.
Razılaşmaya əsasən, Fond "Auto Azərbaycan" MMC-dən məktəbəqədər və ümumi təhsil sistemi üçün 12 ədəd “D” sinifli, 2 ədəd "E" sinifli və bir ədəd "C" sinifli benzin mühərrikli sedan tipli avtomobillər alacaq.
Qeyd edək ki, tenderin ilkin ehtimal edilən qiyməti 944.543,33 AZN olub.
Müvafiq işlərin icrasına ötən gündən başlanılıb, avqustun 29-a qədər bitməyi planlaşdırılır.