Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                 

"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Tarix: Bu gün, 09:15 | Çap et

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin cinayət işinə Ali Məhkəmədə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu işə Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə baxılıb və qərar qəbul edilib.

İttihama görə, Fərhad Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri – Hüseyn Məmmədovun ölümünə səbəb olublar.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə lisenziyası yoxdur.

“Müalicələr alsam da, nəticəsi olmadı”

İstintaq orqanı tərəfindən Fərhad Əliyevin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2015-ci ildən narkotik vasitə qəbul etməyə başlayıb: “İlk əvvəllər marixuana qəbul etməklə başlasam da, sonradan “kakos”, “patı” adlanan narkotik vasitələri çəkməklə qəbul etdim. Bu vərdişi ilə bağlı müalicələr alsam da, nəticəsi olmadı. 2018-ci ildə Respublika Narkoloji Mərkəzdə müalicə almağıma baxmayaraq bu mənim narkotik asıllığından qurtulmağıma kömək etmədi”.

“Rəhbərliyi bu şəxslər həyata keçirib”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ildə narkoloji mərkəzdə müalicədə olarkən oranın həkim narkoloqu Vüqar adlı şəxs onu Kənan Hacıyev ilə tanış edib: “Kənan narkoloji mərkəzə gələrək mənimlə söhbətlər apardı və “New Life” adlı Reabilitasiya Mərkəzinin olduğunu deyərək, həmin mərkəzdə müalicə almaqla sağala biləcəyimi bildirdi. Mən bu barədə atam Camalladinə bildirdim. Atam Kənan Hacıyevlə özü söhbət edərək orada müalicə almam ilə bağlı razılığa gəldi. Atam mənim həmin mərkəzdə müalicə almam üçün aylıq 1500 manat məbləğində pul ödəməyə razı oldu. İlkin məbləği də Kənan Hacıyevə verdi. Həmin ilin iyunun 23-də “New Life” adlı mərkəzin qəsəbədə yerləşən binasına getdim və müalicə almağa başladı. Mərkəzin rəhbəri kimi Ənvər və Ayaz adlı şəxsləri tanımışam. Orada həmçinin Orucəli, Elvüsal, Yaşar və Elgiz adlı şəxslər də işləyiblər. Mən bir ay on beş gün Sulutəpə qəsəbəsində müalicə aldıqdan sonra Ənvər, Ayaz, Oruc, Elgiz, Elvüsal və Yaşar arasında ona məlum olmayan səbəblərdən mübahisə yarandı. Mübahisədən sonra mən də daxil olmaqla müalicə alan şəxsləri ilk öncə Qusar rayonuna köçürdülər. Bir gün Qusarda qaldıqdan sonra müalicə alan şəxsləri Nabran qəsəbəsinə köçürdülər. Artıq reabilitasiya mərkəzi Nabran qəsəbəsinə köçdükdə oraya rəhbərliyi Orucəli həyata keçirməyə başladı. Maddi cəhətdən dəstəyi isə əslən Xaçmaz rayonundan olan Yaşar və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı Etibar adlı şəxslər həyata keçiriblər. Eyni zamanda Yaşar adlı şəxsin oğlu Vüsal da bizimlə birlikdə müalicə alıb. Orucəli ilə yanaşı reabilitasiya mərkəzindəki işlərə Elvüsal da rəhbərlik edərək idarə edib”.

“30-32 nəfər müalicə alıb”

Təqsirləndirilən şəxs deyib ki, 2020-ci ilin dekabrında müalicəsini başa vurmaqla “volontyor” kimi, yəni könüllü orada işləməyə başlayıb: “Mərkəzdə işləyərkən Orucəlidən və digər şəxslərdən hər hansı məbləğdə pul almamışam. Mərkəzdə “volontyor” kimi qalıb işləməyimə səbəb ailəmin təkidi və cəmiyyətə yavaş-yavaş adaptasiya dövrü keçməyim olub. 2021-ci ilin aprel ayının sonlarında polis təqibinə görə Nabran qəsəbəsində olan evdən çıxdıq və iki gün Novxanı qəsəbəsində yerləşən “AF Hotel”də qaldıq. Daha sonra isə Quba rayonunda 9-10 gün qaldıqdan sonra Novxanı qəsəbəsində evə köçdük və mərkəz orada fəaliyyət göstərməyə başladı. Narkomaniyadan əziyyət çəkən şəxslər müalicələrini orada davam etməyə başladılar. Reabilitasiya mərkəzindəki işlərə Orucəli ilə yanaşı Elvüsal da rəhbərlik edib. Mərkəzdə təxminən 30-32 nəfər müalicə alıb. Reabilitasiya mərkəzinə xəstələri əsasən valideynləri gətirib. Xəstələrin həftədə bir dəfə ailə üzvləri ilə telefonla danışmaq imkanı olub. Mən mərkəzin Novxanı qəsəbəsində yerləşən binasında da işləməyə davam etmişəm. Müalicə alan şəxslərə nəzarət etmək üçün növbəli şəkildə mərkəzdə qalmışıq. Xəstələrin sağalaraq cəmiyyətə qarışması üçün əlimdən gələni etmişəm. Mən orada olan xəstələrə öz keçdiyim yolları danışaraq onlara tövsiyələr vermişəm. Onlarla ancaq söhbət etmişəm. Xəstələrə nəsə kömək etmək, hər hansı şəxsin bayıra çıxmasına icazə vermək, müdiriyyətin işinə qarışmaq ixtiyarım olmayıb. Hətta mənim özümün də bayıra çıxmaq ixtiyarım olmayıb. Biz ancaq müdriyyətin icazəsi ilə bayıra çıxmışıq. Evin açarı heç vaxt məndə olmayıb, növbə rəisində olub. Mərkəzdə işlədiyim müddətdə mənə 300 manat və 500 manat olmaqla cəmi iki dəfə pul ödənilib. Sonradan mənə məlum oldu ki, həmin pul mərkəzin rəhbəri tərəfindən deyil, mənim mərkəzdə qalaraq işləməyim və daha yaxşı sağalmam məqsədilə atam tərəfindən verilib”.

“Zirzəmidən qışqırıq səsləri eşitməmişəm”

Fərhad Əliyevin ifadəsinə görə, hadisə baş verən gün, yəni, 4 sentyabr 2021-ci ildə, saat 12 radələrində o, Famil, İsrafil və Sərxan reabilitasiya mərkəzinə gedib, növbəni Qənbər, Orucəli və Elvüsaldan təhvil alıblar: “Növbəni təhvil aldıqdan sonra mərkəzdən qaçmağı planlayan xəstələrin olması, həmin xəstələrin gecə kino saatında, yəni, saat 22:00-da qaçmağı planlaşdırdıqları barədə məlumat verildi. Mənim belə bir səlahiyyətim olmadığına görə məlumata dair heç bir addım atmadım. Növbə rəisi Famil olduğuna görə hər şeyi o, idarə edib. Həmin şəxslər aşağı mərtəbəyə aparılaraq onlarla danışıqlar aparıldı. Amma şəxsən mənim özüm həmin danışıqlarda iştirak etməmişəm. Həmin gün Hüseyn, Fuad, Murad, Cahangir və Kamran adlı şəxslərin döyülməsini görməmişəm, həmin döyülmədə iştirak etməmişəm. Həmin vaxt mərkəzin yerləşdiyi evin ikinci mərtəbəsində olmuşam, aşağı mərtəbədən və ya zirzəmidən qışqırıq səsləri eşitməmişəm”.

“Cəza növünü rəhbərlik təyin edib”

Fərhad Əliyev qeyd edib ki, müalicə alan şəxslərdən Arzu və Sərxan da həmin vaxt onun yanında olublar: “Mən növbədə olduğum vaxt qaçma halı olmadığına görə bu barədə heç kimlə söhbət etməmişəm. Həmin vaxt qaçmaq istəyən şəxslər məndən əvvəlki növbəyə bu barədə məlumat veriblər. Adətən qaçmaq istəyən şəxslərlə söhbət aparılıb, əgər tabe olmazlarsa, yazı yazmaqla cəzalandırılıblar. Cəza növünü rəhbərlik təyin edib. Mən də rəhbərliyin göstərişini icra etdirmişəm. Növbədə olduğum müddətdə xəstələrə ancaq könüllü yazı yazdırmışam. Hətta yazının yazılmasında çətinlik çəkən xəstələrə kömək etmişəm. Həmin yolları özüm də keçdiyim üçün məsləhətçi kimi heç bir xəstənin məndən narazı qalmasını istəməmişəm. Heç bir xəstəni incitməmişəm və zərər yetirməmişəm. Reabilitasiya mərkəzində cəza tədbiri ancaq yazı olub. Özünü yaxşı aparmayan şəxslər yazı yazmaqla cəzalandırılıb. Həmin gün 3-4 nəfərə cəza verilib. Düyünün qarabaşaqla qarışdırılaraq ayırd edilməsinin cəza tədbiri kimi tətbiq edilməsini şəxsən görməsəm də, orada müalicə alan şəxslərdən bu barədə eşitmişəm. Özüm də əvvəllər həmin mərkəzdə xəstə olmuşam və uzun müddət orada qalmışam. Müalicə olunduqdan sonra ictimaiyyətə qarışmaq mənə çətin gəldiyindən həmin mərkəzdə qalaraq işləməyə qərar vermişəm. Orada müalicə aldığım müddətdə ancaq yazı ilə cəzalandırılmışam. Məni heç kim vurmayıb və işgəncə verməyib”.

“Döyülməsi anını görməmişəm”

Fərhad Əliyev deyib ki, reabilitasiya mərkəzində müalicə aldığı və könüllü olaraq işlədiyi müddətdə hər hansi xəstənin işgəncəyə məruz qalmasını görməyib: “Qaçmaq istəyən şəxslərdən biri olan mərhum Hüseyn Məmmədovun necə ölməsi və hadisənin necə baş verməsi barədə mənim heç bir məlumatım yoxdur. Həmin gün ümumiyyətlə Hüseynlə danışmamışam, onun döyülməsi anını görməmişəm. Habelə onu əli bağlı vəziyyətdə görməmişəm, onun əlinin bağlanması üçün heç kimə göstəriş verməmişəm. Ümumiyyətlə belə bir ixtiyarım olmayıb. Hüseynin və ya başqasının köməksiz vəziyyətdə olduğunu bilməmişəm. Reabilitasiya mərkəzində olduğum müddətdə ora narkotik vasitə gətirilməsi və ya kiminsə istifadə etməsi halını görməmişəm. Ümumiyyətlə belə halın baş verməsi mümkün olmayıb. Ancaq yeni gələn xəstələrə yuxu dərmanları verilib”.

“Heç kimi asmamışam və ya stola bağlamamışam”

Fərhad Əliyev qeyd edib ki, 10 dekabr 2022-ci ildə şahid qismində ifadə verərkən özündə olmayıb, həmin ifadəni narkotik vasitənin təsiri altında verib və ifadəsini oxumadan imzalayıb: “Mərkəzdən çıxdığım gün aqressiv olduğumdan narkotik vasitə istifadə etmişəm. Amma, mərkəzdə olduğum müddətdə heç vaxt narkotik vasitə qəbul etməmişəm. Mərkəzdə qayda-qanun çox ciddi olduğundan ora narkotik vasitə keçirmək qeyri-mümkün olub. Mənə güləş fəndləri öyrədilməyib. Mən heç kimi asmamışam və ya stola bağlamamışam. Kiməsə fiziki və ya psixi təsir göstərməmişəm. Mərkəzin yerləşdiyi mənzilin kirayə götürülməsində iştirak etməmişəm”.

“12 addım proqramı” ilə müalicə olunacağını bildirdi”

İş üzrə zərərçəkmiş şəx Hüseyn Məmmədovun hüquqi varisi, atası Rafiq Məmmədov deyib ki, 2 iyul 2021-ci ildə övladı Hüseyni onun internet vasitəsi ilə əvvəlcədən tapdığı Nizami rayon Şirin Mirzəyev 108 ünvanında yerləşən klinikada həkim işləyən Asif Kəngərlinin yanına aparıb və verdiyi analizlərdən sonra həmin həkim ona Hüseynin ağır tərkibli narkotik vasitə qəbul etmədiyini bildirib: “Həmin vaxt həkim Asif Kəngərli Hüseynin mütləq şəkildə reabilitasiya mərkəzlərində müalicəyə ehtiyacının olduğunu bildirdi. Lakin Hüseyn qəti şəkildə bununla razı olmadı, özünün ev şəraitində müalicə ola biləcəyini bildirdi. Eyni zamanda, həkim reabilitasiya mərkəzlərinin siyahısını təqdim etdi. Mən isə siyahıda olan mərkəzlərin adlarını tanımadığım üçün Asif Kəngərlidən reabilitasiya mərkəzlərindən hansıların yaxşı olduğunu soruşdum. Həkim də “New Life” Reabilitasiya Mərkəzinin digərlərindən daha yaxşı olduğunu bildirdi. Siyahıda olan digər reabilitasiya mərkəzlərinin adlarını hazırda xatırlamıram. Siyahıda “New Life” Reabilitasiya Mərkəzinin qarşısında onun rəhbəri olan Oruc adlı şəxsin adı və mobil telefon nömrəsi yazılmışdı. Bundan sonra evə gedərək “WhatsApp” proqramı vasitəsi ilə Oruc adlı şəxsə zəng etdim və mesaj yazaraq onunla əlaqə saxladım. Təxminən 2021-ci ilin iyulun 3-də və 4-də Oruc, Vüsal və adını xatırlamadığım bir nəfərlə Yasamal rayon ərazisində yerləşən “Davinci" Hospitalın yanında görüşdük. Klinikanın yanında görüşmək məndə elə təəssürat yaratdı ki, həmin şəxslər tibbi üsullarla müalicə aparırlar. Həmin şəxslərlə görüşən zaman Oruc və Vüsal adlı şəxs mənə Hüseynin “12 addım proqramı”ilə müalicə olunacağını, psixoloji metodlardan istifadə edəcəklərini, qaldığı yerdə idmanla məşğul olacağını və psixiologiya ilə bağlı müxtəlif dərslər keçiriləcəyini bildirdilər. Eləcə də, onlar Hüseynin 6 ay çölə çıxmamaq şərti ilə evdə qalacağını, aylıq ödəniş haqqının 1500 manat olacağını, əlavə olaraq isə 50-60 manat məbləğdə aylıq siqaret, diş məcunu, bir sözlə şəxsi ehtiyacları üçün pul lazım olacağını bildirdilər. Onlara Hüseynin reabilitasiya mərkəzində müalicə almaq istəmədiyini dedim. Hüseyni aldadaraq mərkəzə gətirə biləcəklərini bildirdilər. Oruc Hüseynin guya İnterpol vasitəsi ilə axtarıldığını bəhanə edərək onu həmin mərkəzə apara biləcəklərini bildirdi. Hüseyni mərkəzə aparmaq müqabilində isə Oruc əlavə olaraq 600 manat məbləğində pulun verilməli olduğunu dedi. Mən də həmin şəxslərlə razılaşdım”.

“Narkotik bəlasından qurtulması üçün razılıq vermişəm”

Rafiq Məmmədov qeyd edib ki, 2021-ci ilin iyulun 10-da Hüseynin mərkəzə aparılması ilə bağlı razılığa gəlib: “Həmin günə görə razılaşdırıldıq ki, aparsınlar. Bundan əvvəlki gün, yəni iyulun 9-da Hüseynin ad gününü keçirilməli olduq. Ad gününü keçirdikdən sonra Hüseyni mərkəzə apara biləcəklərini bildirdim. Həmin vaxt mənim bu metodla razılaşmağıma səbəb oğlum Hüseynin narkotik bəlasında azad olunmasını istəməyim olub. Bir ata kimi nə qədər acı olsa da, mən narkotik bəlasından qurtulması üçün buna razılıq vermişəm. İyulun 10-da, saat 18 radələrində Oruc Hüseyni danışdığımız metodla mərkəzə apardı. Daha sonra isə həmin gün axşam radələrində Bakıxanov qəsəbəsi, Fətəliyev 35 ünvanında “Nərmin” marketin qarşısında “New Life” Reabilitasiya Mərkəzinin işçisi olan Famil adlı şəxslə görüşdüm və ona müalicə pulu olaraq 1500 manat, şəxsi ehtiyacları ilə bağlı 100 manat, Hüseynin gətirilməsi ilə bağlı 600 manat olmaqla ümumilikdə 2200 manat verdim. Famil də həmçinin Hüseynin şəxsi əşyalarını təqdim etdi. Eyni zamanda, Famil mənə pal-paltar lazım olduğunu bildirdi. Mən də həmin günün səhərisi Hüseyn üçün paltar götürərək Novxanı qəsəbəsinə getdim və mərkəzin olduğu yeri çətinliklə də olsa tapdım. Paltarları Oruc və Vüsala verdim. Həmin mərkəz gizli yerdə olduğundan oranı tapmaqda çox çətinlik çəkmişəm”.

“Nəsə demək istədiyini hiss etdim”

Rafiq Məmmədovun sözlərinə görə, təxminən 2021-ci ilin iyulun 13-də və 14-də Qazaxıstan Respublikasına qayıdıb: “Bundan sonra mütəmadi olaraq Oruc və Vüsal adlı şəxslərlə əlaqə saxlayaraq Hüseynin vəziyyəti ilə maraqlandım. Onlar yalandan Hüseynin səhhətinin yaxşı olduğunu, onun sağalmağa doğru irəlilədiyini bildirdilər. Vüsal həmin ilin avqustun 1-də “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq Hüseynin şəxsi ehtiyacları üçün əlavə olaraq 100 manat pul lazım olduğunu bildirdi. Mən də avqustun 2-də Qazaxıstana məxsus “ATF” Bankından "Zolotaya Korona" pul köçürmə sistemi vasitəsilə 100 ABŞ dolları məbləğində pul köçürdüm. Daha sonra isə avqustun 11-də Hüseynin müalicəsi üçün aylıq ödəniş olaraq, eləcə də şəxsi ehtiyacları üçün 1000 ABŞ dolları məbləğində pul göndərdim. Hüseynlə müalicə aldığı vaxtdan cəmi iki dəfə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlanılmışam. Telefonda danışan zaman Hüseyn hər şeyin qaydasında olduğunu desə də, lakin səs tonundan Hüseynin nəsə demək istəməsini hiss etdim. Sonradan mənə məlum oldu ki, mərkəzin rəhbər şəxsləri müalicə alan şəxslər telefonla danışan zaman onların törətdikləri qanunsuz hərəkətlərlə bağlı hər hansı söz deməsinlər deyə yanlarında dayanıblar. Bu səbəbdən mərkəzin işçiləri çalışdıqları qədər müalicə alan şəxslərin yaxın qohumları ilə danışıqlarını məhdudlaşdırıblar”.

“Fiziki təsir olduğunu müşahidə etdim”

Rafiq Məmmədovun sözlərinə görə, sentyabrın 5-də Elvüsal Hüseynov zəng edib və Hüseynin 4-5 nəfərlə mərkəzdən qaçmaq istədiyini, bu səbəbdən onların qaçmağına icazə verməyərək qaçan şəxsləri, eləcə də Hüseyni bağladıqlarını, Hüseynin səhhətinin pisləşdiyini, Sumqayıt şəhərində yerləşən hansısa klinikaya apardıqlarını bildirib: “Bu xəbərdən çox narahat oldum. Bir neçə dəfə Vüsal və Oruca zəng etdim. Amma onlar gah telefon zənginə cavab vermədi, gah da zəngə cavab verərək danışa bilmədikləri ilə bağlı müxtəlif bəhanələr gətirdilər. Oruc həmin gün saat 13:21-də “WhatsApp” proqramı vasitəsi ilə səs ataraq “Rafiq müəllim, mən burdayam, deyirlər vəziyyəti ağırdır, reanimasiyadadır, çalışın siz də gəlin Bakıya, vəziyyəti ağırdır, mən də burda nə lazımdı edəcəm” sözlərini dedi. Daha sonra isə həmin gün Binəqədi rayon prokurorluğunun əməkdaşlarından kimsə zəng edərək Hüseynin ölməsi barədə məlumat verdi. Sentyabrın 7-də Bakı şəhərinə gəldim və oğlumun meyitinə baxan zaman həqiqətən ona qarşı fiziki təsir olduğunu müşahidə etdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhad Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil şikayətini belə əsaslandırıb ki, bu işlərdə onun müvəkkili ilə heç bir əlaqəsi olmayıb.

Həmçinin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. hüquqi varis Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini, əlavə sübutların araşdırılmasını istəyib.

Apellyasiya şikayətlərinin araşdırılması zamanı zərərçəkmiş şəxsin hüquqi varisi şikayətinə əlavələr edib. O, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə yüngül cəzanın verildiyini qeyd edib, onun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayətlər təmin olunmayıb.

Bundan sonra tərəflər Ali Məhkəməyə müraciət ediblər. Daha yuxarı instansiyada işə baxan hakimlər heyəti yekun qərar veriblər. Qərara görə, şikayətlər təmin olunmayıb.

Qeyd edək ki, cinayət işində adı keçən Orucəli Heydərov, Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi ayrıca icraatda araşdırılıb.

Bu şəxslərin də cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baxılıb. Famil Rzayev 8 il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri 7 il və Sərxan Əliyevlə Qənbər Həsənov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru