Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                 

“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Tarix: Bu gün, 17:46 | Çap et

Tanınmış jurnalist, siyasi analitik Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barəsində maraqlı və tənqidi yazı ilə çıxış edib. O, yalnız ictimai tənqidə yox, cinayət məsuliyyəti və hüquqi araşdırma zərurətinə diqqət çəkib. Şahsuvarlı bildirib ki, artıq DİM rəhbərliyinə sualları jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir.

Taleh Şahsuvarlı qeyd edir ki, DİM-in hazırkı qiymətləndirmə sistemi təhsili yox, test texnologiyasını ölçür və bu, məktəbi, müəllimi və ümumiyyətlə, təhsil sistemini kölgədə qoyur. Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir.

“Bu gün məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzləri məktəbin özündən böyükdürsə, bu, artıq milli təhlükəsizlik problemidir!”

Şahsuvarlının fikrincə, təhsil haqqında qanunlara, Konstitusiyaya və “Milli təhlükəsizlik haqqında” qanuna əsasən, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər.

Məleykə Abbaszadəyə ünvanlanan sərt çağırış: “Allahınız varsa, bu imtahanları sadələşdirin!”

Taleh Şahsuvarlı Məleykə Abbaszadənin mətbuat konfransında tənqidçilərə yönəlik ittihamlarını da cavabsız qoymayıb. DİM sədrinin mediada və cəmiyyətdə tanınmış ekspertləri savadsızlıqda günahlandırmasına cavab olaraq, konkret adlar çəkərək onların akademik və peşəkar nailiyyətlərini sadalayıb:
• Misir Mərdanov – tanınmış riyaziyyatçı, sabiq Təhsil naziri, BDU-nun sabiq rektoru, akademik;
• Etibar Əliyev – 7 kitab, 30-dan çox elmi məqalə müəllifi, sabiq millət vəkili, fəlsəfə doktoru;
• Kamran Əsədov – DİM-in qəbul imtahanlarından keçərək BDU və ADA universitetlərində təhsil almış, dərslik müəllifi, hazırda Pedaqoji Universitetdə departament rəhbəri.

“Əgər bu qədər hazırlıqlı adam ‘ekspert’ deyilsə, o zaman Məleykə xanım bu ölkədə ‘ekspert olmaq’ üçün ayrıca imtahan keçirsin!”

Şahsuvarlı vurğulayır ki, DİM-in imtahanları artıq ali təhsil diplomlarının mahiyyətini şübhə altına alır. Onun fikrincə, hakim olmaq istəyən hüquqşünaslar belə DİM-in imtahan sistemindən keçə bilmirlər, halbuki onlar ixtisaslı və təcrübəli şəxslərdir. Bu isə dövlətin ən yüksək vəzifələrinə yolun qeyri-şəffaf baryerlərlə kəsildiyini göstərir.

“Savadsızlıq dövlətə qarşı cinayətə çevrilə bilər”

Jurnalist bildirir ki, bu sistemin nəticəsində orta məktəb şagirdləri əsl təhsildən uzaqlaşdırılır, test yönümlü robotlara çevrilir və bu, kütləvi savadsızlıq fəlakətinə səbəb olur. Bütün bu proses isə gəncləri aqressiyaya, cinayətə, radikalizmə və sosial frustasiyaya meyilli hala gətirir.

“Əgər Bakı Ali Neft Məktəbinə qəbul üçün 680 bal toplamaq lazımdırsa, bu ballar işıq yox, zülmət gətirir. Cəmiyyətimizi elmsizliyə sürükləyir!”

Yekunda Taleh Şahsuvarlının yazısından geniş bir sitatı da təqdim edirik:

"DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə “testoloq” deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır.

Doktaranturaya qəbul imtahanlarında elə sistem icad ediblər ki, ingilis dilini B2 səviyyəsində bilən iddiaçıların əksəriyyəti A1-lə A2-nin arasında qalır. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda BDU-nun hüquq fakültəsinin bakalavr proqramından az qala çətin hüquq biliyi tələb edilir. Ali məktəbdə hüquq keçməyən məzunlar o alternativ proqramınızı harada öyrənməlidir? Buna cavab verilməlidir! Bu yaxınlarda eşitdim ki, məhkəmələrdə xeyli sayda hakim vakansiyası olduğu halda, ali təhsilli, müəyyən praktikaya sahib hüquqşünaslar DİM-in imtahanlarından keçə bilmir. Məhz DİM-in külli-ixtiyar sahibi olmaq cəhdlərinin nəticəsidir ki, Azərbaycan Respublikasının ən nüfuzlu ali məktəblərinin belə verdiyi diplomlar bütün əsas funksiyalarını itirib. Bakalavr, magistr, bir çox hallarda doktorantura diplomları belə, DİM-in imtahanlarına “giriş bileti” səciyyəsi daşıyır. Bu nə imtahanmaniyadır?

Bir valideyn kimi üç övlad oxutmuşam. Hər bir övladım üçün repetitorlara ayda azı 500-600 manat pul ödəmişəm. Bu pullar mənim gözümün nuru, alnımın təri ilə qazandığım halal paralardır. Bu ölkədə orta təhsil icbari və pulsuzdursa, mən niyə repetitorlara 100 mindən çox pul xərcləməliydim? Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir. Eynşteynin ən məşhur formullarına baxın, son dərəcə sadədirlər. Bir də DİM-in qiymətləndirmə düsturlarına nəzər salın. Uzaq qalaktikalarda termodinamik prosesləri ölçürmüş kimi qurulmuş mürəkkəb düsturlarla aparılan “qiymətlləndirmə” sayəsində məqsədli şəkildə test texnologiyalarına yönəldilən, bununla da kütləvi şəkildə savadsızlaşdırılan gənclər ictimai münasibətlərin nizamını risk altına salır. Aqressiya, kriminala, radikal dini cərəyanlara meyil kimi aktuallaşan sosial problemlərin arxasında xüsusilə məktəbsizlik dayandığını görmək üçün Məleykə Abbaszadənin eynəyini taxmağa gərək yoxdur".

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Bu gün, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Bu gün, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Bu gün, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Bu gün, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Bu gün, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Bu gün, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Bu gün, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu gün, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Bu gün, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Bu gün, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Bu gün, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Bu gün, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Bu gün, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Bu gün, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru