Əməkdar artist Elza Seyidcahan "Full şou" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi məhkəmlik olduğu müğənni Roza Zərgərli ilə səhnə arxasında yaşadığı mübahisəyə dair sualı cavablamaqdan imtina edib:
"Başqa suala keçək. Onun adını burada tutma. Tarixdə mən gözəl sənətkarımız İlhamə Quliyeva ilə mübahisəmlə qalmışam. Onun cavabını necə lazımdır vermişəm. O məndə nöqsan da tuta bilməyib. Məni verilişə dəvət etmişdilər ki, İlhamə Quliyeva sizə sözlər deyəcək, gülüb gedərsiz. Mən də getdim. O sözlərə gülən adamın başı çatmır. Hara gedirdim, deyirdilər ki, sizin cavabınızı həmişə açıb izləyirik. Paxıllıqdan onu yutubdan silmişdilər. Mən də onları yenidən arxivdən çıxartdırdım. Pislik etmək istəyən insanların pisliyi özünə qayıdır. Mən şou-biznesdə deyiləm, o məndədir. Onlar üçün şərəf olar ki, haqlarında danışım. Ona görə də adlarını belə çəkmərəm. Elə adamları Allaha tapşırıram. Bir də məhkəməyə verirəm. Polisə də müraciət etmişəm. Pulun və ya nəyinsə sayəsində sənətə gələnlərin ixtiyarı yoxdur ki, dövlət sənətçilərini təhqir etsinlər. Hələ ki, məhkəmə davam edir".